Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kredit faizləri aşağı salına bilər
Kredit faizləri aşağı salına bilər
21 Aprel 2014 / 16:57 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Hazırda Azərbaycanda 850 milyon manata yaxın vaxtı keçən kredit mövcudur. Bu kreditlərin böyük əksəriyyətini istehlak kreditləri təşkil edir. Ötən ilin sonuna kimi banklar tərəfindən müştərilərə verilən böyük məbləğdə kreditlərin qaytarılmaması Mərkəzi Bankı təcilli tədbir görməyə vadar etdi.

Bu da çox böyük kredit riski yaradırdı ki, nəticədə həm müştəri, həm də bank pis vəziyyətdə qalırdı. Yəni borcu ödəmək olmurdu və bankın nizamnamə kapitalı sürətlə aşağı düşürdü. Bu isə bankların müflisləşməsinə və inflyasiyanın artmasına gətirib çıxarırdı. MKR sistemindən səmərəli istifadə, yəni vətəndaşın kredit tarixçəsində subyektiv səbəbdən gecikdirilmə olduqda və iş yerlərindən arayış təqdim olunmadıqda kredit verilmir.

Mütəxəssislər son aylarda yaranan durğunluğun tədricən aradan qalxacağını deyirlər. Lakin əvvəllər olduğu kimi arayış və kredit tarixçəsində gecikmə olan müşərilərə kredit verən banklar Mərkəzi Bankın sanksiyaları ilə üzləşəcəklər. Kredit sisteminin təkmilləşdirilməsi çərçivəsində faizlərin aşağı salınması da gözlənilir. Mərkəzi Bank bununla bağlı təklifləri qiymətləndirir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə