Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövnəq Abdullayevin “AZİMPORT”a 150 milyonluq borcu
Rövnəq Abdullayevin “AZİMPORT”a 150 milyonluq borcu
21 Aprel 2014 / 19:38 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Saxta möhür düzəltdiyinə görə həbs olunan şirkət vəzifəlisi kimdir? 

2004-cü ildə yaradılan “AZİMPORT” MMC ölkədə fəaliyyət göstərən iri tikinti şirkətlərindən biridir. Bu şirkət hündür, monolit binaların tikintisini həyata keçirir, eyni zamanda restavrasiya işləri ilə məşğul olur.
Əlbəttə abadlıq və quruculuq işləri ilə məşğul olmaq hər mənada savabdır. Hətta Milli Park ( Bulvar ) kimi paytaxtımızın incisi olan gözəl bir məkanın yaradılmasına görə “AZİMPORT”un kollektivinə təşəkkür borcumuz da var. Ancaq çox təəssüf ki, son vaxtlar şirkətdə baş verənlər heç də ürəkaçan deyil.Belə ki, Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org ) daxil olan məlumata görə “AZİMPORT” kimi nüfuzlu şirkətlə əməkdaşlıq edən bir çox şirkətlər öz halal pullarını geri ala bilmirlər. Bu süründürməçilik xeyli vaxtdır davam edir. Məcburiyyət qarşısında qalan şirkətlər mətbuat vasitəsilə öz problemlərini ictimailəşdirməklə müvafiq dövlət orqanlarından kömək gözləyirlər. Şirkətlərə olan borcun miqdarı isə nə az, nə çox 30 milyon manatı keçir.

“AZİMPORT” ilə bağlı daxil olan məlumatdan o da bəlli olur ki, şirkətinin rəhbərliyinə daxil olan şəxslərin çoxu İçərişəhərdə yerləşən “Ləzgi məscidi”ndə namaz qılmağa gedirlər. Bu xəbər də bizdə maraq doğurdu. Çünki hazırda cəmiyyətimizdə təriqət söhbəti xeyli aktuallaşıb və ciddi problemə çevrilib. Hətta “nurçu” olmasına görə xeyli vəzifə sahibləri öz vəzifəsilə vidalaşıb.

Əlbəttə hər bir şəxsin inancına hörmətlə yanaşmaq borcumuzdur. Ancaq namaz əhli olanların kimlərisə borc altında qoyması heç bir dində qəbul olunan hal deyil. Həm də söhbət 30 milyondan gedirsə. Axı, bu 30 milyonun arxasında yüzlərlə, minlərlə fəhlə əməyi var. Bu insanları öz uşaqlarının, ailələrinin qarşısında başıaşağı, üzüqara, diligödək eləmək hansı dində, hansı təriqətdə yazılıb..?

Məhz bunu nəzərə alan böyük Mövlana Cəlaləddin Rumi deyirdi ki: Sən qıldığın namaz deyil… Bütün bunlar azmış kimi daxil olan məlumatda şirkət rəhbərlərindən birinin bir neçə il əvvəl saxta möhür və sənəd düzəltmək üstündə məhkumluq həyatı yaşadığı da söylənilir.Güman edirik ki, bütün bunları nəzərə alan şirkət rəhbərliyi işində dönüş yaradacaq. Məsələnin aktuallığnı nəzərə alaraq gündəmdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
P.S. Yazı dərc edilərkən məlumat aldıq ki, sən demə, “AZİMPORT”-un xeyli alacağı da var imiş. Milyardlara sahib olan SOCAR-ın (ARDNŞ) bu şirkətə 150 milyon manat borcu var. Görəsən, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev şirkətin borcunu niyə vermir?

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə