Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Meksikalılar Markeslə vidalaşdı
Meksikalılar Markeslə vidalaşdı
22 Aprel 2014 / 9:49 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Tədbirdə iki ölkə başçısı və minlərlə insan iştirak edib

Meksikanın paytaxtı Mexikoda dünyaşöhrətli yazıçı Qabriel Qarsiya Markes ilə vida mərasimi keçirilib. 3 saat davam edən mərasimdə ədəbiyyatçılar, siyasətçilər, ictimai xadimlər və yazıçının dostları iştirak ediblər. Mərasimdə iki ölkənin – Meksika və Kolumbiyanın dövlət başçıları da iştirak edib. Kolumbiyalı yazıçı 30 ildən çoxdur Meksikada yaşayırdı.

“Qabriel Qarsiya Markesin ölümü təkcə ədəbiyyat üçün deyil, həm də bütün bəşəriyyət üçün bir itkidir. Müxtəlif nəsillər onunla birlikdə xəyallar qurub, həyatdan zövq alıb, onun hekayələri və əsərlərində həyata dair suallara cavab tapıb” – tədbirdə çıxış edən Meksika prezidenti Enrike Penya Nyeto belə deyib.

Aprelin 17-də 87 yaşında dünyasını dəyişən yazıçının külü vida mərasiminin keçirildiyi İncəsənət Sarayına gətirilib. Külün gətirilməsi bir neçə dəqiqə davam edən gur alqışla müşayiət edilib. Markesin həyat yoldaşı və iki oğlu başsağlıqlarını qəbul edib.

Məşhur yazıçı ilə vida mərasiminə axışan minlərlə insan isə sarayın qarşısında uzunluğu 1 kilometrdən çox olan növbə yaradıb. Mərasimin sonunda təşkilatçılar sarı rəngli kağız kəpənəkləri havaya buraxıb. Bu, Markesin məşhur “Yüz illik tənhalıq” əsərindən bir epizodu canlandırıb.

Qeyd edək ki, “Vəba zamanı məhəbbət”, “Patriarxın payızı”, “Yüz illik tənhalıq” kimi ədəbiyyat şah əsərlərinin müəllifi olan Qabriel Qarsiya Markes ən görkəmli ispandilli yazıçılardan biri hesab edilir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə