Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsa Qəmbərin yanında 3 saatlıq qapalı toplantı
İsa Qəmbərin yanında 3 saatlıq qapalı toplantı
22 Aprel 2014 / 9:59 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Müxalifət Rusiya təhlükəsi ilə bağlı yeni sənəd hazırlayacaq

Ölkənin bir qrup eksperti və ictimai-siyasi xadimi bir araya gələrək Azərbaycan da daxil olmaqla bütün postsovet ölkələrini təhdid edən Rusiya təhlükəsi barədə müzakirə aparıblar. Tədbir Müsavat Partiyasının qərargahında mətbuata qapalı formatda keçirilib. Üç saat davam edən toplantıda ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticələrinin yaxın vaxtlarda cəmiyyətə təqdim olunması məqsədəuyğun sayılıb.

“Yeni Müsavat” qəzetinin yazdığına görə, toplantıda İsa Qəmbər, Pənah Hüseyn, İsgəndər Həmidov, Eldar Namazov, Zəfər Quliyev, Leyla Əliyeva, Mehman Əliyev, Hikmət Hacızadə, Elmir Mirzəyev, Ərəstun Oruclu, Rafiq İsmayıl, Vaqif Hacıbəyli, Arzu Səmədbəyli, Qubad İbadoğlu, Köçəri Nağıbəyli, Rauf Arifoğlu və başqaları iştirak edib.

Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, toplantının təşkilatçılığını Müsavat başqanı İsa Qəmbər edib, təxminən 30-a yaxın şəxs dəvət olunub, 20 nəfər qatılıb: “İsa Qəmbər toplantı başlayanda belə bir arayış verdi ki, bu tərkibdə tədbirə həm İctimai Palatanın fəaliyyətinə xitam verilərkən anonsu verilən düşüncə mərkəzi ideyasının, həm Müsavat Partiyasının digər siyasi və qüvvələrlə, o cümlədən EL Hərəkatı ilə müzakirələrinin və onun şəxsən bir sıra intellektuallarla apardığı danışıqların nəticəsi kimi də baxıla bilər, amma bu toplantı hansısa bir təsisatın, formatın yaradılması yox, konkret olaraq müzakirəyə çıxarılmış mövzunun – Rusiya təhlükəsi mövzusunun əsaslı müzakirəsi üçündür. Həqiqətən də təxminən üç saat çəkən toplantı, demək olar ki, bütünlüklə həmin konkret mövzunun müzakirəsinə həsr olundu. Yəni hansısa bir format, təşkilat yaradılması müzakirə edilmədi.

Maraqlı çıxışlar oldu, maraqlı ideyalar səsləndi. Üst-üstə düşməyən fikirlər səsləndi. Amma əsas məsələlərdə əksəriyyətin mövqeyi üst-üstə düşdü. Qərara alındı ki, səslənən fikir və ideyalar bir sənəddə cəmləşdirilsin və razılaşdırılıb cəmiyyət üçün açıqlansın. Böyük ehtimalla 28 aprelə qədər, yəni Rusiyanın 1920-ci ildə Azərbaycanı işğal gününün ildönümünə qədər belə bir sənəd razılaşdırılıb təqdim olunacaq”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə