Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-ın Xəzərə yolu rəsmən bağlanır
ABŞ-ın Xəzərə yolu rəsmən bağlanır
22 Aprel 2014 / 11:05 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Bu gün Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin toplantısında üçüncü ölkələrin Xəzərdə öz hərbi qüvvələrini yerləşdirməsini qadağan edən sənəd razılaşdırılacaq.

Bu barədə “Kommersant” qəzeti Xəzəryanı ölkələrin birindəki diplomatik mənbəyə istinadən yazıb.

Azərbaycan, Qazaxıstan, İran, Türkmənistan və Rusiya xarici işlər nazirlərinin toplantısının gündəliyinə çıxarılan sənəd Xəzər dənizinin regiondan kənar dövlətlərdən müstəqilliyinə dair konvensiyadır. Konkret olaraq konvensiyada nəzərdə tutulur ki, üçüncü ölkələr Xəzər dənizində öz hərbi qüvvələrini yerləşdirə bilməzlər. Gözlənilir ki, nazirlər Moskva toplantısında bu konvensiyanı paraflayacaqlae və sənəd bu ilin  payızında Həştərxanda keçiriləcək Xəzər sammitində dövlət başçıları tərəfindən imzalanacaq.

Mənbənin bildirdiyinə görə, Rusiya tərəfi partnyorları əmin edib ki, heç bir regiondan kənar nəhəng dövlət Xəzərdə qərarların qəbul edilməsinə təsir edə bilməz. Söhbət ilk növbədə ABŞ-ın Xəzər regionunda təhlükəsizlik məsələlərinə qarışmasının qarşısının alınmasından və bu ölkənin öz hərbi qüvvələrini Xəzərdə yerləşdirməsinin istisna edilməsindən gedir. Çünki Xəzərdə təhlükəsizlik məsələlərinə regiondan kənarda yerləşən ölkələrdən ancaq ABŞ maraq göstərirdi və iki sahilyanı ölkə-Azərbaycan və Qazaxıstanla bu sahədə sıx əməkdaşlıq edirdi.

Birləşmiş Ştatlar Azərbaycanın hərbi dəniz qüvvələrinə Xəzərdəki neft-qaz platformalarının təhlükəsizliyinin təmin edilməsi üçün təlim keçib, habelə Azərbaycana iki hərbi kater verib. Əvvəllər Pentaqonun Xəzərdə platforma üzərində X-Band tipli qısa diapazonlu radar yerləşdirmək, yaxud xüsusi təyinatlılardan ibarət məhdud hərbi kontingent saxlamaq planlarının olduğu barədə Qərb mənbələrində xəbərlər getmişdi. Rusiya və İran isə həmişə ABŞ-ın Xəzər təhlükəsizliyi ilə bağlı proqramlarına qarşı olub və Birləşmiş Ştatların ümumiyyətlə regionda hərbi-təhlükəsizlik məsələləri ilə maraqlanmasını istəməyib. İndi isə Rusiya ABŞ-ın Xəzərə yolunu rəsmən bağlamaq üçün konvensiyanı sahilyanı ölkələrlə razılaşdırıb. Xəzərdə hərbi donanmasını durmadan gücləndirən Rusiyanın bu tələbinə qarşı müqavimət isə digər sahilyanı ölkələr üçün mənasız və faydasızdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə