Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı-Sumqayıt yolunun genişləndərilməsində ciddi əngəl yarandı – FOTOLAR
Bakı-Sumqayıt yolunun genişləndərilməsində ciddi əngəl yarandı – FOTOLAR
22 Aprel 2014 / 11:13 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4
Yolu ancaq Avtovağzala kimi genişləndirmək mümkün olacaq; «köhnə hamam, köhnə tas»

Ötən həftə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov Avtosfer.az sayıtının suallarını cavablandırarkən bir neçə gündür genişləndirilən Bakı-Sumqayıt yolundan da danışıb. O bildirib ki, onlar ağac kəsiminin əleyhinə olsalar da, yolun genişləndirilməsi ağacların kəsmədən mümkün deyildi. ASC sədri Bakı-Sumqayıt yolunun genişləndirilməsi işinin tezliklə başa çatacağını da deyib. O, həmçinin yolun genişləndirilməsi zamanı ortaya çıxan maneədən də danışıb.

Yeri gəlmişkən, Bakı-Sumqayıt yolu genişləndirilərkən Avtovağzal Kompleksinə çatdıqda burada genişləndirmə işi aparmaq müikün olmayacaq. Çünki orada həm körpü var, həm də bu nöqtədə yolun genişləndirilməsi mümkün deyil. Əsas səbəb də yol genişləndiriləcəyi təqdirdə Avtovağlanın bir hissəsinin sökülməsinin vacibliyi məsələsidir. İndiki şəraitdə isə bu, mümkün deyil. Bu məsələyə də münasibət bildirən Cavid Qurbanov həqiqətən də yolun genişləndirilməsinin Avtovağzal Kompleksi yaxınlığında dayandırılacağını bildirib: «Hara kimi imkan varsa, ora kimi genişləndirəcəyik. Başqa yol yoxdur. Çünki həmin yolda gün ərzində 240 min avtomobil hərəkət edir və biz yolda sıxlıq olmasın deyə bu yolu genişləndirdik».

Maraqlıdır, görəsən Cavid Qurbanovun rəhbərlik etdiyi «Azəryolservis» ASC yolun genişləndirilməsi planını əvvəldən axıradək götür-qoy edibmi, yoxsa elə «gedək orada yolu genişləndirək» prinispi ilə işlə başlayıblar və indi məlum olur ki, yolu ancaq Avtovağzal Kompleksinə kimi genişləndirmək mümkündür? Məsələ burasındadır ki, Sumqayıtdan Bakıya gələn yolun Sulutəpədən çıxan yolla birləşən hissəsindən başlayan genişləndirmə işi Avtovağzala kimi davam edəcəksə, o zaman burada hansısa tıxacın qarşısının alınmasından danışmağa dəyməz. Çünki yol təxminən 1,5 kilometr genişlənir ki, Avtovağzala çatan kimi yenidən daralır, yəni, genişlənən yol zolağı ilə hərəkət edən nəqliyyat vasitəsi burada əvvəlki yola qayıtmalıdır. Belə də, yenə də həmin sıxlıq, həmin problem özünü daha biabırçı formada göstərmiş olacaq. Bizə isə həmin yolun kənarında kəsilən ağaclara heyfsilənmək qalır.

Yeri gəlmişkən, Cavid Qurbanov deyir ki, həmin ağacların pulunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ödəyiblər. Deyəsən, bu məsələdə  hər şeyi pulla yox, ağılla ölçmək lazım idi. Görünür, Bakı-Sumqayıt yolunun genişləndirilməsini də pulla ölçüblər və bu pul Avtovağzalda tükənir…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə