Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vergilər Nazirliyi lizinq şirkətlərinə qadağa qoydu
Vergilər Nazirliyi lizinq şirkətlərinə qadağa qoydu
22 Aprel 2014 / 11:16 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Kreditlə avtomobil almağın sonuncu asan yolu da məhdudlaşdırıldı: indi maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər

Vergilər Nazirliyi tərəfindən avtomobil lizinq xidmətlərinin göstərilməsinə məhdudiyyətlər tətbiq edilib.

Bu barədə bizimyol.info-ya Vergilər Nazirliyinə yaxın mənbədən xəbər verilib. Mənbənin sözlərinə görə, lizinq xidməti göstərən şirkətlərin hamısına nazirlik tərəfindən xəbərdarlıq gəlib. Bundan sonra VÖEN-ni olmayan fiziki şəxslərə lizinq yolu ilə avtomobil verilməsinə qadağa qoyulub. Yəni maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər. Əgər şəxsin gəliri avtomobilin pulunu ödəmək həddindədirsə, o zaman lizinqə icazə veriləcək. Lizinqi ödənilib qurtarana qədər isə VÖEN-in müvəqqəti dondurulması imkanı məhdud olacaq.

Artıq bir neçə aydır ki, Azərbaycan Mərkəzi Bankı analoji addımı atıb. AMB kommersiya banklarına avtomobil kreditlərinin verilməsinə qadağa qoyub. Bu qadağadan sonra bankların bu vəzifəsini lizinq şirkətləri həyata keçirməyə başlamışdı.

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, avtomobillərin satışına məhdudiyyələrin qoyulmasının səbəbi yanacağa olan təlabatın artmasıdır: «Son illər ölkəyə maşın idxalı artdığına görə, hökumət yanacağa olan təlabatı tam ödəyə bilmir. İxrac edən ölkədən idxal edən ölkəyə çevrilmək üzrəyik. Artıq proses başlayır, Aİ-95-in idxalı da bu yöndə olan tədbirlərdən biridir.

Kreditlə avtomobil satışına məhdudiyyətlərin qoyulması ilə bu məhsulun ölkəyə idxalını müəyyən qədər azalda biliblər. O zaman bildirmişdik ki, qadağanlar qoyulması vəziyyətdən çıxış yolu deyil».

S.Əliyev təklif edir ki, qadağalar tətbiq edincə, mühərriki kiçik tutumlu olan, enerjiyə qənaətli avtomobillərin idxalını stimullaşdırmaq daha effektivdir. Onun sözlərinə görə, hibritlə işləyən nəqliyyat vasitələrinin artımına şərait yaratmaq lazımdır: «İkinci təklifimiz ondan ibarət idi ki, iri tutumlu avtomobillərə vergi tətbiq edilsin. Bu təcrübə Qazaxıstan və Rusiyada artıq tətbiq olunmağa başlanılıb.

Azərbaycanda isə yeni «Avro» standartının tətbiqi ilə əlaqədar olaraq, könhə avtomobillərin idxalının qarşısı alındı. Bunun ardınca da Mərkəzi Bank tərəfindən sözügedən nəqliyyat vasitələrinin kreditlə satışına qadağa qoyuldu. Bütün bu tədbirlərdən sonra ölkə ucuz və asan yolla avtomobilə əlçatanlıq geridə qaldı. Bundan sonra avtomobil kreditləri bərpa olunsa belə, şərtləri o qədər ağırlaşdırılacaq ki, əlçatanlıq aşağı olacaq. Necə ki, hazırda bəzi banklarda ödənişin 60-70 faizi əvvəlcə tələb olunur. Bir növ bu prosesə lizinq xidmətlərinin inkişafı təkan verdi. Liziqin kreditdən fərqi ondan ibarətdir ki, belə şirkətlər nəqliyyat vasitlərini hər hansı bir təşkilatdan, şəxsdən alır, sonra onu üçüncü bir şəxsin idarəçiliyinə verir. Müqavilə şərtləri əsasında, müəyyən müddətdə vəsait ödəyirsən. Müqavilə müddəti bitdikdən sonra avtomobil üçüncü şəxsin adına keçir. Lakin burada faiz dərəcələri kreditlərə nisbətən baha olur».

Ekspert Vergilər Nazirliyinin lizinq şirkətlərinə qarşı irəli sürdüyü tələbini obyektiv sayır: «Lizinq xidməti iki tərəf arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Yəni əmlak icarəyə götürülür. Bu halda lizinq xidməti iki sahibkar arasında bağlanan müqavilə kimi dəyərləndirilir. Sahibkar olmaq üçün ya hüquqi şəxs olmalısan, ya da fiziki şəxs kimi VÖEN-in olmalıdır. Çox güman ki, Vergilər Nazirliyi buna əsaslanır. Ona görə də nazirliyin bu addımında yanlış bir şey yoxdur».

S.Əliyev vurğulayıb ki, lizinq şirkətlərinin əksəriyyəti banklara yaxın şirkətlərdir: «Azərbaycanda lizinq şirkətləri lisenziya almadan fəaliyyət göstərir. İstənilən şirkət bu fəaliyyət növü ilə məşğul ola bilər. Ölkədəki hər bir bankın sığorta, lizinq və qiymətləndirmə şirkəti var. Banklar birbaşa bu xidmətlərdə iştirak etməsə də, dolayısı yolla əlaqələri var».

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə