Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət Komitəsi Yol İdarəsinin rəisini cəzalandırdı
Dövlət Komitəsi Yol İdarəsinin rəisini cəzalandırdı
22 Aprel 2014 / 11:47 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Balakən rayonu ərazisində avtomobil yollarının cari təmiri üzrə fəaliyyət göstərən “51 saylı Balakən Yol İstismarı” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib. Bu barədə arxiv.bizimxeber.az-a Komitədən məlumat verilib.

Araşdırmalar zamanı müəssisənin 3 ədəd sürət sayğacı və 2 ədəd motosaat olmaqla ümumilikdə 5 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçirilmədən istifadə olunduğu aşkar edilib ki, bu da “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun 12.1 maddəsinə ziddir. Bundan başqa, müəssisədə 2014-cü il üçün ölçmə vasitələrinin yoxlanış müqavilə cədvəlinin tərtib olunmadığı da aşkar edilib.

Qeyd olunan nöqsanlarla bağlı müəssisə rəhbərinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq protokol tərtib edilib və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barəsində qərar qəbul edilib.

Yoxlamalar davam etdirilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə