Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
22 Aprel 2014 / 11:52 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Sabah Azərbaycanda hava yağıntılı olacaq. Sabah Azərbaycanda hava yağıntılı olacaq. Bəzi ərazilərdə külək güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, aprelin 22-dən 23-ə keçən gecə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gündüz hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 23-də gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə