Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şeyx QMİ-də ciddi kadr islahatlarına başladı
Şeyx QMİ-də ciddi kadr islahatlarına başladı
22 Aprel 2014 / 12:30 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclası keçirilib. Toplantıda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və tövsiyyələrini səsləndirib.

İclasda Şuranın fəaliyyətinə dair məsələlər müzakirədə QMİ-də ciddi struktur və kadr islahatlarının həyata keçirilməsinə dair müvafiq qərarlar qəbul olunub. Yeni qərara əsasən idarənin bölgələr üzrə səlahiyyətli nümayəndəlikləri ləğv edilib.

Bunun bazasında isə regionun rayonlar üzrə ayrı-ayrılıqda nümayəndələri müəyyənləşdirilib. QMİ sədrinin səlahiyyətli nümayəndələrinin seçilməsi səsvermə yolu ilə baş tutub. Bölgələr üzrə səlahiyyətli nümayəndələr isə daha yüksək posta təyinat alıblar. Onlar bölgələr üzrə QMİ-nin Qazilər Şurasına üzv seçiliblər. Rayon axundları isə QMİ-nin həmin ərazi üzrə səlahiyyətli nümayəndə statusuna layiq görülüblər. Hələlik bəzi rayonlara QMİ-nin səlahiyyətli nümayəndələri seçilməsi prosesi tam yekunlaşmayıb. Bölgələr üzrə seçilmiş qazilər isə yaxın günlərdə öz işlərinin icrasına başlayacaqlar. Bununla da Qazilər Şurasının üzvlərinin sayı artırılıb. Bu barədə rəsmi mövqe öyrənmək üçün QMİ-nin aydiyyəti şəxslərinə edilən müraciətlərimiz cavabsız qalıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə