Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qamət Süleymanov Suriyaya gedən azərbaycanlı qadınlardan danışdı – (Video)
Qamət Süleymanov Suriyaya gedən azərbaycanlı qadınlardan danışdı – (Video)
22 Aprel 2014 / 12:50 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Azərbaycanın sələfi təriqətinin lideri, “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov Suiryaya Əsəd rejiminə qarşı döyüşlərə gedən azərbaycanlıları qınayıb. Q.Süleymanov son günlər Azərbaycandan kişilərlə yanaşı qadınların Suiryaya cihada getməsinə münasibət bildirərək bu halların sələfi əqidəsinə yad olduğunu deyib.

O, Azərbaycanlı qadınların Suriyada “cihad kəbini”nə girməsinin dini baxımdan qəbul edilmədiyini diqqətə çatdırıb. “İslamda “cihad kəbini” yoxdur, olmayıb. Bu yalandır. Mənə elə gəlir ki, bu, Bəşər Əsədə, Suriya hökumətinə bağlı qüvvələrin fikridir. Belə kəbib batildir. Birincisi, sələfi ora getməz. Sələfi əqidə və minhəcinə mənsub olan adam ora getməz. O ki qaldı qadın… Qadın ümumiyyətlə gedə bilməz. Qadın naməhrəmsiz kənara çıxa bilməz, xüsusən də səfərə”, – deyə Q.Süleymanov vurğulayıb.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə