Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ Ukrayna inqilabına 5 milyard dollar xərclədiyini açıqladı
ABŞ Ukrayna inqilabına 5 milyard dollar xərclədiyini açıqladı
22 Aprel 2014 / 12:52 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland etiraf edib ki, Vaşinqton 1991-ci ildən bu yana Ukraynaya 5 milyard dollar yardım ayırıb. Virtualaz.org bu barədə Qərb mətbuatına istinadən bildirir. “Bu pullar Ukrayna xalqının onun maraqlarını təmsil edən güclü, demokratik hakimiyyətə malik olmaq səylərinin dəstəklənməsinə sərf olunub” – deyə V.Nuland bildirib.

Bununla belə diplomat əlavə edib ki, ABŞ Maydanın dəstəklənməsi üçün pul ayırmamışdı: “Bu, kortəbii hərəkat idi və Rusiyanın Ukraynanın şərqində etdiklərindən çox uzaq idi”.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətini keçmiş direktoru Aleksandr Yakimenko bildirib ki, ABŞ Ukraynada Yanukoviçin hakimiyyətini devirmək üçün milyonlarla dollar xərcləyib. Onun sözlərinə görə, ABŞ Maydanı dəstəkləmək üçün diplomatik poçtla milyonlarla dollar nağd pul göndərir və həmin pullar Kiyevin mərkəzi meydanında paylanırdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə