Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtoş kimdir: Nazirin qardaşı oğlu, yoxsa? – Foto/Video
Avtoş kimdir: Nazirin qardaşı oğlu, yoxsa? – Foto/Video
22 Aprel 2014 / 13:05 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğluna aid edilən “Nissan Skyline Gtr35” markalı, 10 ZL 100 nömrə nişanlı avtomobilin Zığ şossesində yarışa çıxması barədə yazılanlar mübahisələrə yol açıb.

Millət vəkili Elton Məmmədov “Axar.az”a açıqlamasında bu avtomobilin oğluna aid olmadığını və jurnalistlərin bu faktı dəqiqləşdirmək üçün nömrənin sahibini Dövlət Yol Polisindən müəyyənləşdirə biləcəklərini söyləmişdi: “Sizə tam səmimi bildirirəm ki, oğlumun belə bir maşını yoxdur. Bu, oğluma qarşı şantajdır. Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar. Yoxdur belə şey. Azərbaycan gənclərinə qara yaxmasınlar. Mətbuat işçisi kimi siz də buna imkan verməyin. Əksinə, bu gənclərin müdafiəsinə qalxın. Suçlu olmayan bir insana bu qədər qara yaxmaq olarmı? Allahdan qorxmurlar bu insanlar?”

Bakı şəhər Dövlət Yol Polisi isə müraciətlərimizi cavabsız qoydu. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ona ümumiyyətlə belə video təqdim edilmədiyini söylədi, Bakı şəhər DYP-dən avtomobilin kimə məxsus olması ilə bağlı müraciətimizə isə müsbət cavab verilmədi.

Məlumatı araşdıran jurnalist Eynulla Fətullayev isə bildirib ki, o öz mənbələri vasitəsilə bir daha DYP-nin kartotekasında Bakı küçələrində sürət yarışına çıxan avtomobilin kimə məxsus olduğunu dəqiqləşdirib. “DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı “Porsche”nin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin, birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E.Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz”.

Xatırladaq ki, sözügedən 10 ZL 100 nömrə nişanlı “Porşe” avtomobili Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun gəlin karvanında ailə üzvlərindən biri kimi iştirak edib. Anar Məmmədovun toyunda gəlin maşınının dövlət nömrəsi 10 LR 100, onu müşayiət edən avtomobilin dövlət nömrə nişanı isə 10 LZ 100-dür.

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toy mərasiminə aid gəlin karvanının 2012-ci il mayın 2-də Yutuba yerləşdirilmiş videosunu və 2012-ci ildə baş tutduğu bildirilən Zığ şossesindəki məlum avtoyarışı m

üqayisə üçün təqdim edirik.

axar.az1398155037Screenshot_7

axar.az139815513744521_src (1)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə