Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İstedadlı Tələbələr Azərbaycan” layihəsinin final mərhələsi keçirilib-Foto
“İstedadlı Tələbələr Azərbaycan”  layihəsinin final mərhələsi keçirilib-Foto
22 Aprel 2014 / 13:38 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Cari ilin 19 aprel tarixində Azərbaycan Prezidenti yanında Gənclər fondu və Azərbaycan Dövlət Aqrar Universitenin maliyyə dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin  texniki dəstəyi və layihə rəhbəri Əli Tağıyevin təşkilatçılığı  ilə “İstedadlı Tələbələr Azərbaycan”  layihəsinin final mərhələsi baş tutub.

Layihənin açılış sözünü layihə rəhbəri ADAU TGT-nin sədri Əli Tağıyev açıb. Layihədə ADAU-nun tədris işləri üzrə prorektoru dos. Anar Hətəmov, Gəncə şəhər Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə ŞT GB-nin sədri Fərid Dünyamalıyev, GTM Qərb ofisinin direktoru Aygün Həsənzadə , ali və orta təhsil müəssisələrinin TGT-nin sədrləri və digər QHT nümayəndələri və xalq artistlərindən ibarət münsiflər  iştirak edib.

Gəncə Dövlət Dram Teatrında keçirilən tədbirdə 100 nəfər iştirakçı arasından münsiflər tərəfindən seçilmiş 40 nəfər iştirakçı iştirak edib. Müxtəlif kateqoriyalarda öz istedadlarını nümayiş etdirən iştirakçılar münsiflər və həmçinin 400 -ə yaxın  tamaşaçıların səs verməsi yolu ilə qiymətləndiriliblər.

Səsvermənin yekununda birinci yerə Abbaszadə Abbasxan , ikinci yerə İsgəndərov Məhəmməd və üçüncü yerə Babayeva Fatma laiq görülmüş və müvafiq olaraq 200,150 və 100 manat məbləğində mükafatlandırılmışlar, həmçinin bütün iştirakçılar müsabiqədə iştirak etdiklərinə  görə sertifikatla təltif olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə