Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nurçuların Azərbaycanda gizli məktəbi budur? – FOTO
Nurçuların Azərbaycanda gizli məktəbi budur? – FOTO
22 Aprel 2014 / 14:51 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Gülən hərəkatının ölkəmizdə nə az, nə çox – 12 özəl məktəbi (lisey) fəaliyyət göstərir

Bununla yanaşı, təriqətin paytaxtla yanaşı, bölgələrdə də çoxlu sayda hazırlıq kursları, dərnəkləri fəaliyyət göstərir. İsmayıllıda ali məktəblərə hazırlaşan abituriyentlərə keyfiyyətli təhsil təklif edən “Niyal” hazırlıq kursları da təriqət üzvlərinə məxsusdur.

İsmayıllıda “Cümə” məscidinin həyətində tikilən bu binada abituriyentlərə dini təhsillə yanaşı, orta məktəb dərslikləri də tədris edilir. Kursa abituriyentlər xüsusi imtahan əsasında götürülürlər. Son illər İsmayıllıdan ali məktəbə yüksək balla qəbul olan tələbələrin bir neçəsi bu kursun məzunlarıdır. Hazırlıq kurslarında ətraf rayonlardan gələn abituriyentlər yataqxana və yeməklə təmin olunurlar. Kursda yaxşı nəticə göstərən abituriyentlərə həvəsləndirmək məqsədi ilə pul mükafatı da verilir.

Bundan əlavə, kursun daxilində Niyal Yaradıcılıq Dərnəyi fəaliyyət göstərir. Dərnək Zamir Erkin Ağazadə tərəfindən qurulub. Özlərinin qeyd etdiyi kimi, dərnəyin əsas missiyası gənc istedadların üzə çıxarılması və yaradıcılıq potensiallarının artırılmasıdır. Bütövlükdə yüksək keyfiyyətli təhsil verən müəssisənin təriqət üzvlərinin nəzarətində olduğu bildirilir. Burada daha çox İsmayıllıdan olan abituyentlərlə yanaşı, Göyçay, Qəbələ, Qax, Ağsu və digər rayonlardan olan abituriyentlər təhsil alırlar.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə