Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Niyə Ziya Məmmədov?
Niyə Ziya Məmmədov?
22 Aprel 2014 / 16:27 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Br neçə gündür ölkə mətbuatı yenə nəqliyyat naziri Ziya Məmmədov və onun komandasından, qohumlarından yazır. Əcəba yenə nə baş verir? Məmmədovun oğlu Anar Məmmədov yenəmi “ayı əti” yeyib? Yoxsa nə?

Baş verənlərə iri rakursdan baxsaq görərik ki, Ziya Məmmədov barədə bu günə kimi yazılanların əksəriyyəti ya yol şəkilişi zamanı yeyinti halları, ya da Anar Məmmədovun “Ayı əti” qalmaqalı ilə bağlıdır. Nazirdən xoşu gəlməyən mətbu orqan,  yaxud komanda Z.Məmmədovu oğlu Anarın məhz bu hərəkətindən sitatlar gətirərək günədmə gətirirdi.

Amma məhkəmə çəkişməsindən sonra bu söhbət bir qədər unuduldu.  Sakitlik və yenidən Ziya Məmmədov meydanda… Bu dəfə isə başqa “tema”da.

İki gün öncə saytlarda yayılan videonun nazirin qardaşı, millət vəkili Elton Məmmədovun oğluna aid olduğunu yazdılar. Təbii, bu videodan da görünür ki, maşınlar çox sütərlə hərəkət edir və tam olaraq avtomobilin nomrəsi görünür. 10 LZ 100.  Buna sözümuz yoxdu. Amma bu medalın bizə məlum olan üzüdür. Bəs medalın görünməyən tərəfində nə baş verir?

Maraqlı olan budur ki, bəzi həmkarlarım kifayət qədər ciddi arqumentlər ortaya qoyur.  Məsələn, “Ziya Məmmədovun vurulma kompaniyası başladı”, “Ziya Məmmədovun ətrafı təmizlənir”, “Ziya Məmmədovu kim əvəz edəcək?” və sairə….

Bu informasiyalar Ziya Məmmədovun zəiflətmir, əksinə bir qədər də güclənməsinə gətirib çıxarır. Halbu ki, onun vəzifədən alınması üçün zəif yoxsa güclü olması önəmli deyil.

Konkret misallar çəkəcəm.

Əvvəla Ziya Məmmədov uzun illərdir bu komandada nazir olaraq görəv alıb və ən bahalı layihələr bu quruma ayrılıb. Bakı şəhərində onlarla tunelləri, körpüləri , yolları məhz bu nazirlik çəkib. Sabah da Ziya Məmmədov nazir olsa da, olmasa da bu işi məhz Nəqliyyat Nazirlyi yerinə yetirəcək. Amma, Ziya Məmmədovun indiki halda zəiflədilməsi və ya gücləndirilməsi məsələsi də gülməlidir. Bu boks yarışı deyil.

Azərbaycanda hər hansısa bir məmurun prezident İlham Əliyev tərəfindən vəzifədən uzaqlaşdırılması su içim kimi bir sheydi. Ən azından biz bunu Müdafiə naziri Səfər Əbiyevdə və yaxud Təhsil naziri Misir Mərdanovda şahidi olduq.

İlham Əliyev Ziya Məmmədovu, Kəmaləddin Heydərovu və ya diğərlərini bir imzası ilə kənara qoyar. Odur ki, belə mənasız və cəfənğ məqamları qabardmasaq yaxşıdır. Prerzident İlham Əliyev kimliyindən asılı olmayaraq istənilər naziri vəzifədən almaq gücünə və səlahiyyətinə malikdir. Onun üçün güclü yoxsa zəif olmaq, qardaşı deputat olmaq, yeznəsi Administrasiyada işləmək keçərli deyil. Vaxtı çatıbsa getməlidir.

Həmçinin niyə məhz Ziya Məmmədov? Bəyəm Azərbaycanda çıxarılması vacib olan təkcə Ziya Məmmədovdur?

Hər halda, mənim mövqeyimə görə, Ziya Məmmədov hələ çox layihələrə imza atacaq. Hələm, hasarlanan yolların arxa tərəfindəki yamangünlük küçələrin asvaltlanması işləri qalıb. Uğur Olsun, Ziya Məmmədov…

Ədil Hüseynli
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə