Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirin ANS-i məhkəməyə verməsinə cavab
Nazirin ANS-i məhkəməyə verməsinə cavab
23 Aprel 2014 / 14:46 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Mais Məmmədov: “Azad Rəhimovun televiziya barəsində həqiqəti əks etdirməyən fikirlər səsləndirib”

Gənclər və İdman Nazirliyi ANS-i məhkəməyə verəcək. Bu barədə nazir Azad Rəhimov açıqlama verib. Onun sözlərinə görə, buna səbəb ötən gün Hesablama Palatasının Daşkəsən rayonundakı Gənclər Mərkəzinin tikintisində korrupsiya faktına yol verilməsi ilə bağlı telekanalın yaydığı xəbər olub. Nazir təmsil etdiyi qurumun mövqeyinin öyrənilmədiyini deyib.

ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov gənclər və idman naziri Azad Rəhimovun məhkəmə iddiasına münasibət bildirib. M.Məmmədov deyib ki, Azad Rəhimov televiziya barəsində həqiqəti əks etdirməyən fikirlər səsləndirib: “Xəbərin istinad mənbəyi başqa saytdır”. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin ANS-i məhkəməyə verməsində problem yoxdur: “Bu onların hüququdur”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə