Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıt və Gəncə Dövlət Universiteti əməkdaşlıq edəcək
Sumqayıt və Gəncə Dövlət Universiteti əməkdaşlıq edəcək
24 Aprel 2014 / 10:19 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

SDU-da Sumqayıt Dövlət Universitetinin  rektoru, dosent Elxan Hüseynov və Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovla qarşılıqlı əməkdaşlıq haqqında birgə müzakirə aparılmışdır. Görüşdə rektor  professor Yusif Yusibovun gəlişindən məmnun olduğunu ifadə etmiş və əməkdaşlığın  ikitərəfli münasibətlərə səmərəli töfhə verəcəyini qeyd etmiş, bu fəaliyyətin gələcəkdə də uğurla davam edəcəyinə əminlik ifadə etmişdir.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, görüşdə Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Elxan Hüseynov  vurğuladı ki, bu gün əminliklə və qətiyyətlə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər bir sahədə olduğu kimi təhsil  sahəsində də böyük şəxsiyyət Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirməklə, Azərbaycanın  davamlı inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsini təmin etmişdir. Rektor çıxışında Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda innovasiyaların əhəmiyyətindən və ali təhsil sahəsində dövlətimizin həyata keçirdiyi islahatların əsas hədəflərindən söhbət açmış, müasir dövrdə yüksək ixtisaslı kadr hazırlığı məsələsinin aktual olduğunu nəzərə çatdırmışdır.

Rektor Elxan Hüseynov söhbət əsnasında vurğulamışdır ki, Ali təhsil qlobal fenomendir. Bu baxımından biz ali təhsil müəssisələrinin rəhbərləri olaraq, tələbələrin tədris müddətində qazandığı bilik, bacarıqlarını nəzərə alaraq onların  əmək bazarına ciddi resurslarla daxil olmasına təkan verməli, bu isə öz növbəsində  tələbənin rəqabətdə qalib peşəkar biliklərini daim artırmağa zəmin yaradacaqdır. Bizim ən ümdə  məsələlərdən də biri təhsil sisteminin maddi-texniki bazasını gücləndirmək, eyni zamanda təhsilin keyfiyyətini artırmaqdır. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır.

Səmimi əməkdaşlıq çərçivəsində keçən görüşdə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov rəhbəri olduğu müəssisənin tarixindən və qarşıda duran perspektivlərindən söhbət açaraq bildirmişdir ki, Gəncə Dövlət Universiteti 1938/1943-cü illərdə Gəncə İkiillik Müəllimlər Institutu,  1943/2000-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutu, 2000-ci ildən isə Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərməkdədir. Gəncə Dövlət Universiteti özünün maddi-texniki bazasını daim artırır, inkişaf etdirir, yüksək ixtisaslı və geniş dünyagörüşlü kadr hazırlığı vəzifəsini müvəffəqiyyətlə yerinə yetirir. Hal-hazırda Gəncə Dövlət Universitetində yalnız Qərb bölgəsindən deyil, respublikanın bütün guşələrindən olan tələbələr təhsil alır.

Gəncə Dövlət Universitetinin rektoru çıxışında iki universitet arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunmuş belə görüşlərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulamışdır.

Sonra Sumqayıt Dövlət Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləni Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Elxan Hüseynov və Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov imzalamışlar.

Müqavilənin imzalanmasında məqsəd  Sumqayıt Dövlət Universiteti ilə Gəncə Dövlət Universitetləri arasında elmi pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət proqramının həyata kecrilməsidir.

Müqavilədə fakültə, kafedra və professor-müəllim heyəti arasında birbaşa əlaqə və əməkdaşlıq yaratmaq, elmi araşdırma aparmaq, təlim kursları və seminarlar keçirmək məqsədi ilə, universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi, hər iki ali təhsil müəssisəsinin magistr və doktorantlarına  rəhbərlik edilməsi elmi-tədqiqat təcrübələrinin kecrilməsi məqsədə uyğun sayılmışdır. Professor-müəllim heyətinin  elmi-pedaqoji  səviyyəsini yüksəltmək məqsədilə qısamüddətli kadr mübadiləsi, birgə sərgi və elmi konfransların təşkili nəzərdə tutulmuşdur.

Rektor Elxan Hüseynov və Gəncə Dövlət Universitetinin rektoru universitetin   ayrı-ayrı auditoriyalarında, həmçinin yüksək texnologiyalarla təchiz edilən, Avropa standartlarına cavab verən laboratoriyalarında, Tempus otaqlarında, idman  zalında olaraq buradakı  vəziyyətlə tanış olmuşlar.

Sonda SDU-nun tarixini və onun haqqında geniş məlumatı özündə əks etdirən buklet və prospektlər qonağa hədiyyə olunmuşdu.

Səmimi münasibətlər zəminində keçən görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yekunlaşdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə