Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səlim Müslümov: “Nazirin gözünün qarşısında belədirsə…”
Səlim Müslümov: “Nazirin gözünün qarşısında belədirsə…”
24 Aprel 2014 / 10:45 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Azərbaycanda işçi hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarəti son vaxtlarda xeyli gücləndirilib”.

 APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “İş yerində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi” mövzusunda keçirilən konfransda çıxışında deyib ki, təkcə cari ilin birinci rübündə həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub.

Onun sözlərinə görə, bu rəqəm ümumən son iki ildə tətbiq olunan müvafiq cərimələrin ümumi məbləğinə bərabərdir. Nazir əlavə edib ki, əsas məqsəd işəgötürənlərdə əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissi artırılmasından ibarətdir: “Əlbəttə, bu cərimələrin çox olması heç də sevindirici hal deyil. Çünki bu onu göstərir ki, kütləvi şəkildə əmək qanunvericiliyinin pozulması halları yerlərdə baş verir və Dövlət Əmək Müfəttişliyi məcbur olub belə cərimələr tətbiq edir. Ona görə də düşünürəm ki, qeyri-hökumət təşkilatları dünyanın hər yerində olduğu kimi daha səmərəli və daha çox əhatəli şəkildə bu proseslərdə iştirak etmələri cəmiyyət üçün daha səmərə verə bilər. Yaxşı olardı ki, məhz əməyin mühafizəsi və əmək təhlükəsizliyi məsələləri üçün Dövlət Əmək Müfəttişliyinin ayrıca “qaynar xətt”i yaradılsın. Belə halları hansı təşkilat və ya fiziki şəxs gördüyü halda “qaynar xətt”ə məlumat versin. Qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılmış qurum vasitəsilə dərhal bu hallara reaksiya verilsin”.

Nazir əməyin mühafizəsi ilə bağlı özünün şahidi olduğu hadisəni də qeyd edib: “Nazirlikdə oturduğum binanın 16 mərtəbəsi ilə üzbəüz bina tikilir. Mən baxıram ki, bir gün fəhlələr formalarını geyir, kaskalarını taxırlar, ikinci gün heç bir şey yoxdur. Üçüncü gün bellərində kəmərləri var, amma dördüncü gün yoxdur. Buna görə də mən dərhal tapşırıq verdim ki, iş dayandırılsın və göstəriş verilsin. Nazirin gözünün qarşısında belədirsə, görün başqa yerlərdə vəziyyət necədir. Ona görə də cəmiyyət olaraq hamımız belə proseslərin qarşısını almaq üçün daha yaxından iştirak etməliyik”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə