Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mingəçevirdə nurçuların toplaşdığı villa – Foto
Mingəçevirdə nurçuların toplaşdığı villa – Foto
24 Aprel 2014 / 11:21 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Mingəçevirdə nurçuların yığışdıqları məkanlardan biri bəlli olub.

Bu barədə “Axar.az”a “nur şəhəri”ndəki mənbələr xəbər verib. Mənbənin dediyinə görə, şəhərdəki nurçular Kür çayının sahilində yerləşən şəkildə gördüyünüz bu evə yığışırlar. Dərsxana kimi fəaliyyət göstərən nur ocağına isə Müşfiq Nəcəfov adlı bir şəxs rəhbərlik edir. Məlumata görə, M.Nəcəfov Ankarada İlahiyyat Universitetində təhsil alıb. Onun Türkiyədə nurçu təriqətinin üləmaları ilə sıx əlaqələri var. Bu evdən başqa, nurçular Kənd Mingəçevir adlı əraziyə də yığışırlar. Onların əsas məkanı isə kənddəki məsciddir.

Məlumatda o da deyilir ki, son günlər nurçulara qarşı başlamış əməliyyatlardan sonra məscidə gələnlərin sayı azalıb. Onlar indi əsasən fotoda görünən bu evə toplanırlar.

Qonşuların dediyinə görə, Quran öyrədilməsi adı altında hər gün bu evə 30-a yaxın gənc gedib gəlir.

– See more at: http://axar.az//news/15610#ad-image-0



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə