Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neft çənindəki yanğınla bağlı RƏSMİ məlumat
Neft çənindəki yanğınla bağlı RƏSMİ məlumat
24 Aprel 2014 / 11:30 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) neft çənində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Neft Şirkətindən verilən məlumata görə, aprelin 24-də, səhər saat 09.40 radələrində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib.

Hadisə yerinə çağrılmış Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.

Çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə