Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Mirzəyev: “Saxlanma şəraitindən şikayətim yoxdur”
İlham Mirzəyev: “Saxlanma şəraitindən şikayətim yoxdur”
24 Aprel 2014 / 11:34 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevdən yeni xəbər var.  İ. Mirzəyevin vəkili Xanlar Bayramzadə AzNews.az-a bildirib ki, aprelin 23-də müvəkkili ilə görüşüb: “İlham Mirzəyev hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Xeyli söhbət etdik. Amma elə şeylər var ki, istintaq sirri olduğundan demək olmur. Ailəsi ilə də əlaqəsi var”.  

Vəkil İlham Mirzəyevin ismarışını da çatdırıb: “İlham Mirzəyev dedi ki, sağlamlığından və saxlanma şəraitindən şikayəti yoxdur. O bildirib ki, görüşə heç bir məhdudiyyət qoyulmur. Nə vaxt istəsə, görüşə bilir. Həyat yoldaşı və uşaqları da Bakıdadır. İlham Mirzəyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir və dövlətin qanunlarına hörmətlı yanaşır”. 

Qeyd edək ki, aprelin 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə