Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

LNS nədir və insanları necə aldadır?
LNS nədir və insanları necə aldadır?
24 Aprel 2014 / 11:45 / Baxış sayı: 11446
Font1 Font2 Font3 Font4

Şəbəkə biznesi tərəfindən aldadılan bir qrup şəxs KIV-ə müraciət edib. Onlar Ağalar Mehdiyev, Hüseyn Nuriyev, Nəsir Hüseynov və Əhliman Camalov adlı şəxslər tərəfindən aldadıldıqlarını bildiri. Aldadılan şəxslər Rahim Cəfərov və Fərhad Abdulovun verdiyi bilgiyə görə, bu şəxslərin hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət ediblər, lakin əlaqədar qurumların bu məsələdə seyrçi mövqe tutduqlarından məsələni mətbuata çıxarmaq qərarına gəliblər. Barəsində məlumatlar yayılmış Ağalar İdrisoğlu və Hüseyn Nuriyev də əks mövqedən çıxış edərək, yayılan məlumatları təkzib etməyə çalışırlar. “Əslində öz müsahibələri ilə A.İdrisoğlu və H.Nuriyev öz kartlarını tamam açmış vəziyyətdədirlər.

A.İdrisoğlu əvvəlcə verdiyi müsahibədə «LNS» MMC-nin mütəxəssisi kimi şəbəkə marketinqindən, elektron ticarətin Azərbaycan əhalisini xoşbəxtliyə çıxaracağından geniş danışaraq ölkə prezidentinin bu biznesin inkişafı üçün xüsusi qərar verdiyini bildirib. Bundan sonra onun barəsində şikayət edən şəxslərin müraciətində özünü «Prezidentin vəkili» kimi təqdim edən bu şəxsin onlarla adamın pulunu mənimsəməsinə dair konkret faktlar yayılıb. Sonrakı müsahibələrində «mən heç vaxt prezidentin vəkili olmamışam» – deyə, özünü sığortalamağa çalışan Ağalar Mehdiyev bu dəfə o, pulları mənimsənilmiş adamların vəkili kimi çıxış etməyə başlayıb.

Aldadılan şəxslərin sözlərinə görə, Ağalar Mehdiyev “Modern.az» və «Axar.az» saytlarına müsahibəsində adları çəkilən digər şəxslərin pul mənimsəməsi, özünün isə pulları mənimsənilmiş adamları müdafiə etdiyini deyir: “Guya, buna görə onu hədələyirlər, şantaj edirlər. «…Dünən ofisimə 100-ə yaxın insan hücum edib. Məni hətta yolda görüb təhqir edib, söyüşlər edirlər…» – bunu A.İdrisoğlu deyir. 2011-2013-cü illərdə işlədiyi Gənc Tamaşaçılar Teatrının əməkdaşlarını, tanıdığı bütün incəsənət adamlarını, şair və yazıçıları pul qazanmaq adı ilə GuestNet şirkətinə dəvət edirmiş. Keçən ilin yayından isə şirkətini və hədəflərini dəyişib. İndi baş mütəxəssisi olduğu «LNS» şəbəkəsinə dəvət etdiyi sənətkar və siyasətçi dostlarına 3 aya milyonçu olacaqlarını vəd edir. Amma elə onun son 1 həftədə verdiy müsahibələrinə diqqət edəndə uğursuz bir rejissorun qurduğu səhnəni görmək olur. Adama deyərlər ki, 100 adam sənin ofisinə niyə hücum edir, küçədə səni niyə təhqir edirlər? Təqsiri olmayan adamın ofisinə niyə hücum edərlər ki, özü də 100 nəfər birdən? Məgər Azərbaycan o qədər özbaşınalıq ölkədir, Bakının küçələri o qədər sahibsizdir ki, təqsiri olmayan adamın üstünə 100 adam hücüm edir? Əgər belə bir hücum varsa, niyə polisə-prokurora müraciət edilmir?”

Müraciət müəllifləri bu suallara elə Ağalar Mehdiyevin özünün etiraflarında axtarmaq lazım olduğunu bildirir. “Özünün də etiraf etdiy kimi, 2011-ci ildən şəbəkə biznesinə qoşulan A.İdrisoğlu Nərimanov rayonunda özünə ofis qurub, pul qazanmağa başlayıb. Təkcə özünün etirafına görə 42 nəfərdən müxtəlif məbləğlərdə (300-1500) pul yığaraq cəmi 32980 manatlıq məhsulu sifariş verməyib. 2013-cü ildə pullarını aldığı adamların duyuq düşərək narazılıq etdiyini gördükdə Hüseyn Nuriyev, Nəsir Hüseynov onun köməyinə gəlir. Bu, həmin Nüseyndir ki, vaxtilə Guestnetin distrübütoru imiş (özünün dediyi kimi ), indi A.İdrisoğlu ilə bir yerdə qəzet redaksiyalarında, saytlarda müsahibələr verir, şəkillər çəkdirirlər. H.Nuriyev «LNS» şirkətinin şəriki, A.İdrisoğlu isə şirkətin mütəxəssisi kimi özlərini təqdim edirlər. Mətbuatda yayılan məlumatlara görə, A.İdrisoğlu 2013-cü ildə özünü «Prezidentin vəkili» elan edibmiş. Həmin vaxt «LNS» şəbəkəsinin qurucusu olan Hüseyn də Ağalar müəllimin Aparatın adamı olduğunu, seçkidən sonra şəbəkəni gücləndirəcəklərini ətrafına deyirmiş. Əhliman Camalov və Nəsir Hüseynov adlı keçmiş Guest-çilər isə Hüseynin əsas «təbliğatçıları» idilər.

Guya, İtalyan şirkətinin Azərbaycanda nümayəndəsi olan «gözəgörünməz» Anar «müəllim»in vəzifəsi isə işlərə Türkiyədən dəstək vermək, İtaliya və Türkiyənin məşhur markalarının «LNS» şəbəkəsi vasitəsilə satışını təşkil etmək olacaqdı. Əvvəllər A.İdrisoğlu pulları aldığını və qaytaracağını yazılı şəkildə etiraf etməklə 50-dən artıq adamı sakitləşdirə bilirdi. Ümidi onda idi ki, həftədə 20 min manat qazancı olan Hüseyn Nuriyev onun borclarının bağlanmasına kömək edəcək. Ötən ilin dekabrın 24-də (tarixə diqqət edin) özünə 180 min dollarlıq maşın almasını elan edən Hüseyn «LNS»in ofisində ziyafət təşkil edəndə A.İdrisoğlu ümid edirdi ki, şəriki ona da əl tutacaq. Çünki şəxsən şəbəkəyə cəlb etdiyi onlarla adamın pulunu alıb Hüseynə vermişdi. Əvəzində onun mükafatı isə LNS-in Sumqayıt ofisi oldu. Xidmətinə də «güclü şəbəkə lideri» Əhliman Camalov verildi.

Lakin keçən 3 ay ərzində nə maşını görə bildi, nə də Hüseynin maliyyə dəstəyini. Şikayətçilər isə artıq onun yalan vədlərindən doyub hüquq-mühafizə orqanlarına üz tutublar. Belə vəziyyətdən çıxmağın yeganə yolu yeni bir ssenari işləməkdir. O, bundan əvvəlki yazılarına görə, böhtançılıqda ittiham edilərək məhkəməyə verildiyindən bu dəfə, guya, aldadılmış adamların müraciəti adı ilə qəzetdə əks-hücuma keçib. Yenə də Hüseyn, Nəsir, Əhlimanla birgə. Görünür, A.İdrisoğlunun məqsədi pullarını şəxsən aldığı 42 nəfərin, üstəlik Əhliman-Hüseyn-Nəsirlə birgə pullarını mənimsədikləri 50-dən artıq adamın diqqətini kənar şəxslərə yönəltmək, qarayaxmaqla vəziyyətdən çıxmaqdır. Hüquq-mühafizə orqanları isə susqunluq nümayiş etdirirlər”. Sonda zərərçəkənlər qurulmuş şəbəkə biznesinin xırdalıqlarını da bildirib: “LNS vətəndaşlardan aldığı pulun müqabilində 1 saat verir. Adamın əlinə kassa mədaxil qəbzi verir, guya ki, qanuni işləyir. Saatın qiyməti 125 ABŞ dollarıdır. Ancaq adamdan aldığı 500-700 və daha yuxarı məbləğləri buraxır piramida şəbəkəsi qurulmasına. Yəni, 125 dollara 1 saat almaqla şəbəkəyə qoşulursan. 125-dən artıq pulun isə piramida şəklində qurulur və verdiyin pulun məbləinə görə komisyon alırsan. Məsələn, 200 manat vermiş adam, sağında 200-solunda 200 manat ödəniş edən adam dursa, qazancı 30-40 manat olur. Yəni, adam özü – 200+ 2 nəfər – hərəsi 200 manat – cəmi 600 manat pul yığılır LNS-ə, əvəzində 1-ci adam maksimum 40 amnat pul qazanır. Qalan 540 manatı kimlər qazanır?

Adam 1 həftə ərzində özünə 2 sağ-sol tapmalıdır, özü də hər biri minimum 200 manat olmalıdır. 1 həftədən keçdisə, qazanc verilmir. Beləcə, müxtəlif vaxt məhudiyyətləri ilə müxtəlif məbləğlər. Hər 100 manatqlıq qoyuluş 1 bal sayılır. Guya, nə qədər çox məbləğ olsa, yəni, çox pul versən o qədər çox qazancın olar. Ancaq bunun da vaxt məhdudiyyəti var. Məsələn, 1500 manat verib 15 ballıq qoşulursan. Ancaq sən 1 ay ərzində minimum 50 nəfər 15 ballıq adam qoşmalısan ki, həmin bala uyğun qazanc sənə verilsin. 49 adam qoşsan belə, yenə sənə 1500 manat uyğun bal verilməyəcək. Hər kəsə bu sistem tətbiq edilməklə, 1 adamın gətirdiyi – məsələn, 49 adamın hərəsinin gətirdiyi 1500 manat eləyir 73500 manat. Bundan da 100 manatdan 50 saatın pulunu çıxsan, yəni, 5000. yerdə qalan 67500 manatı LNS piramidasının başında duranlar yeyir”.

arxiv.bizimxeber.az



LNS nədir və insanları necə aldadır? yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə