Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaynata kürəkənini SMS üstündə öldürdü – OLAY
Qaynata kürəkənini SMS üstündə öldürdü – OLAY
24 Aprel 2014 / 13:01 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyi Bakıda kürəkənini öldürən qaynata barədə məlumat yayıb

Kriminal Daxili İşlər Nazirliyi Bakıda kürəkənini öldürən qaynata barədə məlumat yayıb. arxiv.bizimxeber.az nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cinayət aprelin 23-də paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Mil” kafesində baş verib. Belə ki, Bakı şəhər sakini Elçin Lazımov münaqişə zəminində kürəkəni Rəvan Əliyevi bıçaqla qətlə yetirib.

Bakıda baş verən dəhşətli cinayətin bəzi məqamlarına aydınlıq gətirilib. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, qaynata kürəkənini qızından boşanmaq istədiyinə görə öldürüb.

Belə ki, yenicə evlənən Rəvan Əliyev hadisə baş verən kafedə ofisiant işləyib. Qaynatası Elçin Lazımov da məhz onu iş yerində xüsusi amansızlıqla öldürüb.

Buna səbəb Elçin Lazımovun qızının şikayəti olub. Çünki bir neçə gün əvvəl qadın atasınə şikayət edərək bildirib ki, əri onu aldadır. Qadın bildirib ki, Rəvan Əliyev hansısa qadınla mobil telefon vasitəsilə danışır və müsajlaşır. Məsələnin üstü açılanda isə Rəvan Əliyev arvadından boşanmaq istədiyini bildirib.

Qaynata da, qızını boşamaq istəyən kürəkənini amansızcasına öldürüb.

Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Lazımov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə