Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sayalı Sadıqova: “Hələ də oğluna Sovet, qızına Şura adı verənlər var”
Sayalı Sadıqova: “Hələ də oğluna Sovet, qızına Şura adı verənlər var”
24 Aprel 2014 / 13:17 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Müəyyən adlar var ki, yeni doğulmuş uşaqlara verilməsi Nazirlər Kabineti tərəfindən qadağan olunub”. Bunu filologiya elmləri doktoru, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Dilçilik İnstitutunda  Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova APA.TV-nin “Üç valet” verilişində deyib.

Onun sözlərinə görə, gülüş doğuran adlar – Fabrik, Traktor, Kombayn, Raykom, Pioner, Sovet, Şura kimi adlar qadağan olunub: “Buna baxmayaraq, hələ də oğluna Sovet, qızına Şura adı verənlər var. Onlar bunun nənədən, babadan gəldiyini deyirlər. Belə şəxslərin çoxu böyüdükdən sonra qeydiyyat idarəsinə müraciət edərək adlarını dəyişdirir. Qadağan olunmuş adlar arasında “məşədi, hacı, bəy, xan” da var. Əgər nəsildə bəylik, xanlıq yoxdursa, bu adların titul kimi verilməsi Nazirlər Kabineti tərəfindən qadağan edilib”.

Dilçi alim 5 minə yaxın addan 300-nün daha çox qoyulduğunu da qeyd edib.

Soyadlara gəlincə, S. Sadıqova onu da əlavə edib ki, hazırda 5 soyad sonluğuna icazə verilir. Artıq “-ov”, “-yev” sonluğunu verilməsi qadağandır. İrandan gələn vətəndaşlar nəzərə alınaraq “-zadə” sonluğu da icazəli sonluqlar siyahısındadır.  Amma əsas üstünlük “-lı” sonluğuna verilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə