Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaradağda Çernobıl faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Qaradağda Çernobıl faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
24 Aprel 2014 / 13:28 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Bu gün Çernobıl faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Qaradağ Rayon İcra Hakimiyyətindən arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon filialının sədri Raidə Məmmədova iştirak edirdi.

Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.  Giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışaraq, ümummilli lider Heydər Əliyevin imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanını dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğuladı. Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılaraq, onların statusu müəyyənləşdirildiyini, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd etdi.

Öz növbəsində Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon filialının sədri Raidə Məmmədova çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də hörmətli Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.

Daha sonra tədbirdə Çernobıl əlillərinə söz verilərək və onların arzu, istəkləri dinlənilmiş, onları narahat edən məsələlərə aydınlıq gətirildi. Tədbirin sonunda rayonda yaşayan aztəminatlı Çernobıl əlilinin ailəsinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylandı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə