Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş Prokurorluqdan zorlandığını iddia edən jurnalistlə bağlı açıqlama
Baş Prokurorluqdan zorlandığını iddia edən jurnalistlə bağlı açıqlama
24 Aprel 2014 / 16:37 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Redaktor tərəfindən zorlanan qadının şikayətinə Binəqədi prokurorluğunda baxılacaq

Ötən həftə Bakının Binəqədi rayonunda qəzet redaksiyasında redaktor tərəfindən zorlanan qadının şikayətinə rayon prokurorluğunda baxılacaq. Məsələ ilə əlaqədar ANS PRESS-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, hazırda şikayət əsasında araşdırmalar davam edir.

“Hazırda zorlandığı iddia edilən jurnalistin şikayəti əsasında araşdırmalar Binəqədi rayon Prokurorluğunda davam etdirilir. Material üzrə məhkəmə tibbi-ekspertizası təyin edilib”, – deyə Eldar Sultanov vurğulayıb.

Qeyd edək ki, aprelin 18-də Bakının Binəqədi rayonunda qəzet redaksiyasında baş verən zorlanma hadisəsilə bağlı bəzi məqamlar məlum olub. Rayon Polis İdarəsi 5-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, işçisini zorlayan baş redaktorun kimliyi açıqlanıb.

Verilən məlumata görə, iddia olunur ki, hadisə “Mizan Tərəzi” qəzetinin redaksiyasında baş verib. Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edən 25 yaşlı xanım jurnalist işlədiyi redaksiyanın baş redaktoru Azər Əliyev tərəfindən zorlandığını deyib. Bölmədən bildirilib ki, həmin şikayət Binəqədi rayon Prokurorluğuna göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb. Araşdırmlardan sonra hadisənin həqiqətən də zorlanma olub olmadığı məlum olacaq. Hələlik iddianın həqiqiliyi sübut olunmadığı üçün Azər Əliyev polis tərəfindnə saxlanılmayıb.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə