Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtosfer.az» saytının təqdimatı keçirilib
Avtosfer.az» saytının təqdimatı keçirilib
24 Aprel 2014 / 19:27 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr» adlı layihədə sürücülər maarifləndirir

«Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr” layihəsi həyata keçirir. Layihə çərçivəsində çap olunmuş materiallar, yeni yaradılmış “Avtosfer.az” saytının və layihənin təqdimatı keçirilib.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov,  “Diqesta” hüquq firmasının rəhbəri, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov, ekspert Elçin Abdullayev iştirak ediblər. İctimai Birliyin rəhbəri Elməddin Muradlı qeyd edib ki, son günlər yol hərəkətinə aid qanunvericiliyə edilməsi gözlənilən dəyişiklər sürücüləri sevindirməklə yanaşı,  həm də onları narahat edir: “Bal sisteminin ləğvi ilə bağlı daxili işlər naziri Ramil Usubovun Prezident Administrasiyasına müraciət etməsi müsbət qarşılanır. Lakin texniki qurğular vasitəsi ilə qeydə alınan qayda pozuntularının avtomatik rejimdə çalışan cihazlar vasitəsi ilə dərhal çap edilib sürücüyə SMS vasitəsi ilə məlumat verilməsi bir qədər çaşqınlıq yaradıb”.

E.Muradlı onu da vurğulayıb ki, sürət həddinin aşılması, avtomagistralda yarış keçirən imkanlı şəxslərin övladlarının kobud qayda pozuntularına yol verməsi, bəzilərinin məsuliyyətdən kənarda qalması doğru sayıla bilməz.

“Avtosfer.az” saytı haqqında da məlumat verən Birlik sədri bildirib ki, adıçəkilən sayt hər kəsin saytıdır. Burada sürücülər həm yol hərəkətlərinə aid yeni qaydalarla tanış ola, həm də onları maraqlandıran suallara cavab tapa bilərlər.

Tədbirdə həmçinin sürücülər üçün nəzərdə tutulan yapışqan lövhəçiklərin də təqdimatı olub. Həmin lövhəçiklərdə sürücüləri, yol hərəkəti iştirakçılarını maarifləndirmək üçün diqqət çəkən şüarlar əks olunub: «Fikir vermişik ki, bu cür lövhəçiklərdə bəzən «Maşında yeraz var», «Talış balası», «Zabrat uşağı» kimi lazımsız ifadələr əks olunur və sürücülər də bunu sevə-sevə maşınlarına yapışdırırlar. Biz də qərara gəldik ki, həmin lövhəciklərdə maarifləndirici şüarlar yazıb çap edək və sürücülərə pulsuz paylayaq. Artıq materiallar hazırdır və paylanma prosesi iki ay ərzində həyata keçirilicək. «Ara məsafəsi saxlayın», «Təcili yardıma yol verin», «Sürət həddini aşmayın», «Evdə sizi gözləyən var» kimi şüarların əks olunduğu lövhəcikləri əldə etmək istəyənlər bizə, avtosfer.az saytına müraciət edə bilərlər».

Bu lövhəciklərin çapını alqışlayan Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov isə lazımsız şüar yazan sürücüləri maarifləndirici şüarlar olun yapışqan lövhəciklərdən istifadəyə səsləyib. O, paytaxtda baş verən yol qəzaları barədə də məlumat verib. O bildirib ki, bu il yanvarın 1-dən aprelin 24-dək Bakıda 252 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 76 nəfər həlak olub, 264 nəfər isə xəsarət alıb. Qəzaların başvermə səbəbləri sürət həddinin aşılması, sərxoş vəziyyətdə avtomobil idarəetmə, ötmə-manevr qaydalarının pozulması və digər hallarla bağlıdır. Qəzaların 52 faizi isə piyadavurmaların payına düşür. Vaqif Əsədov onu da əlavə edib ki, bu il paytaxt ərazisində avtoxuliqanlıq edən 155 sürücü saxlanılıb. O qeyd edib ki, son günlər sosial şəbəkələrdə avtoxuliqanların paylaşdığı videolarla bağlı BDYPİ-də müvafiq araşdırmalar aparılır: ”Həmin videolarda bir dövlət nömrə nişanının bir neçə avtomobildə olması faktı aşkar edilib və o faktla bağlı da araşdırma gedir”.

Daha sonra tədbirdə iştirak edən yol hərəkəti üzrə ekspertlər sürücülərin məsuliyyətlərinin artırılmasının vacibliyinə toxunublar.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə