Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rauf Mirqədirov bəyanat verdi
Rauf Mirqədirov bəyanat verdi
24 Aprel 2014 / 19:39 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Jurnalist: “Mənim Ermənistanın xeyrinə casusluqda ittiham olunmağım Allah qarşısında çox böyük günahdır”

Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirov bəyanat verib.

Bəyanatı R.Mirqədirovun vəkili Fuad Ağayev Facebook-da paylaşıb. R.Mirqədirov bəyanatda qeyd edir ki, 25 ilə yaxın jurnalist fəaliyyətində həmişə Azərbaycanın milli maraqlarına xidmət edib:

“Daim hesab etmişəm ki, Qarabağ məsələsinə, Azərbaycan – Ermənistan münaqişəsinə yanaşmalarda, iqtidar – müxalifət arasında münasibətlərdə, o cümlədən həmin münasibətlərin mətbuatdakı təzahürlərində heç bir qarşıdurma olmamalıdır. Ona görə də, mənim Ermənistanın xeyrinə casusluqda ittiham olunmağım hüquqi baxımdan hədsiz ədalətsizlik, qanunsuzluq, milli maraqlar baxımından isə xəyanət və Allah qarşısında çox böyük günahdır”.

Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq layihələrinin iştirakçısı olmuş Rauf Mirqədirov aprelin 19-da tutulub. O, Ermənistana casusluq etməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə