Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Leyla Yunus və əri aeroporta Fransa səfirliyinin maşınında gediblərmiş
Leyla Yunus və əri aeroporta Fransa səfirliyinin maşınında gediblərmiş
29 Aprel 2014 / 12:45 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

“Aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdirib”. Virtualaz.org bildirir ki, bu barədə APA-ya diplomatik mənbədən məlumat daxil olub. Məlumata görə, məqsəd Leyla və Arif Yunusları ölkədən çıxararaq, onları Fransada yerləşdirmək olub.

Verilən məlumatda o da bildirilib ki, bu məsələdə Fransanın Azərbaycandakı səfirliyinə ABŞ-ın Azərbaycandakı səfirliyi də dəstək verib.

Mənbə qeyd edib ki, həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, Yunus ailəsinin Azərbaycandan Dohaya yola salınması planlaşdırılıb: “Daha sonra isə onlar Parisə yola salınacaqlarmış”.

Qeyd edək ki, aprelin 28-də saat 23 radələrində L. Yunus və həyat yoldaşı Arif Yunus hava limanına Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə səfirliyin maşınında gəliblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə