Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ehtiyatlı olun, fırıldaqçı turizm şirkətləri var!
Ehtiyatlı olun, fırıldaqçı turizm şirkətləri var!
29 Aprel 2014 / 12:46 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Mədəniyyət və Turizm Nazirliyi turizm mövsümünün başlaması ilə bağlı fırıldaqçı şirkətlərin fəallaşmasını nəzərə alaraq vətəndaşlara müraciət edib.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur. Nazirlik əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmadığını, turist vauçerini və “Turizm haqqında” qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Nazirlik turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar problemlə üzləşənlərin nazirlikdə yaradılmış “qaynar xətt” xidmətinə müraciət ünvanlamalarını tövsiyə edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə