Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİN DQ-nin təyyarəçisi Xanlar Vəliyevə müraciət etdi
DİN DQ-nin təyyarəçisi Xanlar Vəliyevə müraciət etdi
05 May 2016 / 12:20 / Baxış sayı: 354
Font1 Font2 Font3 Font4
VE-nın rəisi Mirzə Fərəcov hərbçilərin adına 100 min manat kredit götürübDaxili İşlər Nazirliyi Daxili Qoşunların ( DQ ) Vertalyot Eskadrilyasının (VE) rəisi, polkovnik-leytenant Mirzə Fərəcov barədə Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) ilginc məlumatlar daxil olub.

Bu şəxs əvvəllər Qala Hərbi Hissəsində işləyib və bizə məlum olmayan səbəbdən işdən uzaqlaşdırırlıb. Bir müddətdən sonra DQ-nin Vertalyot Eskadrilyasında işə düzəlib. Arada DQ-nin komandiri Zakir Həsənov onu yenidən işdən uzaqlaşdırıb. Və 1 ildən sonra yenidən VE-a işə düzəlib və Naxçıvana göndərilib. Bir il Naxçıvanda xidmətdən sonra birbaşa VE-a rəis gətirilib.

Daxil olan məlumatda o da qeyd olunur ki, Mirzə Fərəcovun oğlu Firuz Fərəcov 2012-ci ildə hərbi xidmətdə olarkən erməni əsirliyində olub. VE-da Mirzə Fərəcovdan sonra ən səlahiyyətli şəxs, onun sağ əli sayılan kapitan Abusəttərov Sədrəddin Yarəhməd oğludur. Rəis və sağ əli olan Abusəttərov vaxtilə Qala Hərbi Hissəsində bir yerdə çalışıblar və işdən eyni vaxtda uzaqlaşdırılıblar. Abusəttarovun bacısı və Mirzə Fərəcovun “iş ortağı” olan xanım ( adını dəqiqləşdirə bilmədik ) müəyyən səbəblərdən ölkəni tərk edib. Abusəttarovun Bakı şəhərində xeyli sayda evi, mülkü var.

Redaksiyamıza müraciət edən VE-nın təyyarəçi-şturmanı, Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu Bayramov Faiq Zakir oğlu bildirdi ki: “ Kapitan Abusəttarov mənə dedi ki, həyat yoldaşımı müalicə üçün İrana aparmalıyam, xahiş edirəm sənin adına DəmirBankdan 3 min manat kredit götürək, özüm hər ay ödəyəcəm. Biz həmin bankdan 3 min manat kredit götürdük.

Sonra VE-nın rəisi mənə dedi ki, 1000 manat ver rütbəni artırım. Mən bildirdim ki, pulum yoxdur. Mirzə Fərəcov dedi ki, pulun yoxdursa, sənədlərini ver Bank Respublika-dan 700 manat götürək, məsələ həll olunsun. Kredit hazır olanda mən pulu götürdüm. Ancaq Abusəttarov mənə zəng edərək bildirdi ki, pulu mənə ver çatdıracam Mirzə Fərəcova. Sonra Mirzə Fərəcov məndən 700 manat pulu istəyəndə mən pulu onun dostu Abusəttarova verdiyimi dedim.

Bir müddət sonra Mirzə Fərəcov mənə dedi ki, dostumuz Abusəttarovun həyat yoldaşı xəstədir gəl sənin adına 10 min manat kredit götürək. Mən dedim ki, belə şey ola bilməz, heç o biri pulları qaytarmırsınız. Onda rəis mənə dedi ki, sən zamin dur. O, məni məcbur elədi və mən zamin durdum və Azər-Türk Bankdan
10 min manat pul götürdülər.

Bu məsələrdə hərbi hissənin “zampoliti” Zirəddin də mənə təzyiq edirdi”.
Hazırda təyyarəçi-şturman Faiq Bayramov kreditləri qaytara bilmir. Və VE-nın rəisi ona hədə-qorxu gəlir, təhdid edir. Təyyarəçi başına gələnlərlə bağlı Azərbaycan Respublikasının Hərbi prokuroru cənab Xanlar Vəliyevə müraciət edib.
Zərərçəkənlə söhbətimiz zamanı məlum oldu ki, kredit məsələsi təkcə onun problemi deyil. Eskadrilyanın xeyli sayda təyyarəçisi və şəxsi heyəti rəisin kredit girovuna çevriliblər. Söhbət təxminən 100 min manatdan gedir. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə