Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Eurovision” zamanı Azərbaycanda terror planlaşdıranlardan xəbər var
“Eurovision” zamanı Azərbaycanda terror planlaşdıranlardan xəbər var
02 İyun 2014 / 12:41 / Baxış sayı: 92
Font1 Font2 Font3 Font4

Dəstə üzvləri Ali Məhkəməyə şikayət edib

Bakı Apellyasiya Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktı həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bildiriblər ki, məhkəmənin ilkin baxış iclasının qərarından kasasiya şikayəti veriblər. Bunun üçün məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Qeyd edək ki, ilkin baxış iclasında vəkillər prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

2012-ci ildə musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində mahnı müsabiqəsi ərəfəsində Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək istəyən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Sanıyev və digər iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə