Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəmil Çiçək: Ermənistan öz lobbisinin girovudur
Cəmil Çiçək: Ermənistan öz lobbisinin girovudur
02 İyun 2014 / 12:50 / Baxış sayı: 98
Font1 Font2 Font3 Font4

Ermənistan öz lobbisinin girovudur. Trend-in “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə parlamentinin sədri Cəmil Çiçək bildirib. Onun sözlərinə görə, Türkiyə bir neçə dəfə Ermənistanla münasibətləri bərpa etməyə cəhd göstərib, lakin uğurla nəticələnməyib.

Spiker qeyd edib: “Türkiyənin Prezidenti və XİN rəhbəri Yerevanla Ankara arasında münasibətlərin bərpası üçün Ermənistana səfər etmişdilər, lakin bunun heç bir nəticəsi olmadı. Çünki qarşı tərəf heç bir qarşılıqlı addım atmadı”. Ç.Çiçəyin sözlərinə görə, qondarma “soyqırım” Ermənistan və Türkiyə arasında əlaqələrin bərpa olunması yolunda ciddi əngəllərdən biridir.
Bundan başqa, o bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlər bərpa olunmadan Cənubi Qafqazda sabitliyə nail olmaq çətin olacaq.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə