Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qapanlı atəşə tutuldu
Qapanlı atəşə tutuldu
02 İyun 2014 / 17:44 / Baxış sayı: 86
Font1 Font2 Font3 Font4

Ermənilər kənddəki evləri, işıq dirəklərini atəşə tutublar

Hərb Erməni silahlı birləşmələri Tərtər rayonunun ermənilərlə təmas xəttində yerləşən Qapanlı kəndini atəşə tutublar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilərin açdığı atəş nəticəsində kənddə yaşayan sakinlərin evlərinə ciddi ziyan dəyib. Ermənilərin atdığı güllərdən biri kənd sakini Natiq Quliyevin su çəninə dəyib. Ermənilər həmçinin kənddəki evlərin qapılarını da güllələyiblər. Sakinlərin sözlərinə görə, qarşı tərəf kənddəki işıq dirəklərini atəşə tutublar. Hazırda sakitlik hökm sürür.

Qeyd edək ki, ötən gecə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 48 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə