Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Helikopter qəzasında ölən 15 nəfərin cəsədi tapildı
Helikopter qəzasında ölən 15 nəfərin cəsədi tapildı
03 İyun 2014 / 1:17 / Baxış sayı: 64
Font1 Font2 Font3 Font4

Sərnişinlər arasında yüksək vəzifəli məmurlar və biznesmenlər olub

Xilasedicilər Mi-8 helikopternin qəzası vaxtı həlak olmuş on beş nəfərin cəsədini aşkar ediblər. Mi-8 helikopteri Murmansk vilayəti ərazisində ötən gün qəzaya üğrayıb. 15 cəsəd suyun altında xilasedicilər tərəfindən tapılıb. Bu haqda hüquq-mühafizə orqanlarından məlumat verilib. Sərnişinlərin arasında yüksək vəzifəli məmurlar və biznesmenlər olub.

Qeyd edək ki, ölənlər arasında Murmansk vilayət qubernatorunun müavini Sergey Skomaroxov, “Apatit” şirkətinin baş direktoru Aleksey Qriqoryev də var.

İlkin məlumata görə, qəza zamanı iki nəfər sağ qalıb, 17 nəfər isə həlak olub. Murmansk vilayəti daxili işlər idarəsinin açıqlamasında deyilir ki, helikopterin göyərtəsində 5 ekipaj üzvü olmaqla, cəmi 19 nəfər olub.

Sağ qalanların kimliyi də açıqlanıb. Onlardan biri şirkətdə çalışan baş həkim, ikincisi isə Sankt-Peterburq meşə təsərrüfatı institutunun regional inkişafı üzrə direktor müavinidir. Bu şəxslərin sağ qalmasına oturduqları kreslo köməklik göstərib və suda batmayıblar.

Helikopter Kanozero sahəsindən Apatitə doğru uçurmuş.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə