Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəxsiyyət vəsiqəsinin rüsumu artırıldı
Şəxsiyyət vəsiqəsinin rüsumu artırıldı
03 İyun 2014 / 23:28 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək.

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

arxiv.bizimxeber.az  AzərTAc-a istinadən xəbər verir ki,, sənədə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi maksimim 10, minimum 1 gündə həyata keçiriləcək.

Bundan başqa, şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar artırılıb.

Beləliklə, şəxsiyyət vəsiqəsi on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat (hazırda üç iş günündən sonrakı müddətdə verilməsi və ya dəyişdirildirilməsi üçün rüsum 1 manatdır), üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat (hazırda bu məbləğ 10 manatdır), bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat (hazırda bir günə şəxsiyyət vəsiqəsi verilmir) rüsum nəzərdə tutulur.

Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək. Yəni o vaxta qədər əhali şəxsiyyət vəsiqələrinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişi köhnə rüsumlarla həyata keçirəcək.

 

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə