Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kemeron: Ölkələrimiz arasındakı münasibətlərlə fəxr edirəm
Kemeron: Ölkələrimiz arasındakı münasibətlərlə fəxr edirəm
04 İyun 2014 / 11:06 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

“2014-cü ildə bir çox iş görməliyik”.

Böyük Britaniyanın baş naziri Devid Kemeron XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisinin iştirakçılarına təbrik məktubu göndərib.

arxiv.bizimxeber.az   APA-ya istinadən xəbər verir ki, təbrik məktubunu Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri oxuyub. Baş nazir məktubunda qeyd edib ki, enerji Avropa ölkələrinin iqtisadi rifahı və inkişafı üçün çox mühüm faktordur və Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün həyati əhəmiyyətə malikdir.

D.Kameron bildirib ki, 2013-cü ildə Trans-Adriatik qaz kəməri layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyiş əldə olunub və bu, layihənin həyata keçirilməsi yolunda əhəmiyyətli addımdır.

O, 2014-cü ildə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üçün bir çox işin görülməli olduğunu da vurğulayıb.

Böyük Britaniya və Azərbaycan arasında əlaqələrə toxunan D.Kameron ölkələr arasında ikitərəfli münasibətlərlə fəxr etdiyini vurğulayıb.

Onun sözlərinə görə, mövcud ticarət əlaqələrinin əsasını Azərbaycanın neft-qaz sektoruna böyük sərmayələr yatıran BP kimi şirkətlərlə münasibətlər təşkil edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə