Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran dəmir yolunu Azərbaycana birləşdirəcək
İran dəmir yolunu Azərbaycana birləşdirəcək
04 İyun 2014 / 11:47 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4
Bunu Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş bu gün azərbaycanlı jurnalistlərlə görüşündə deyib

Miyanə-Ərdəbil-Muğan (Parsabad, Germi və Biləsuvar) dəmir yolu xəttinin gələcəkdə Azərbaycanın dəmir yolu xəttinə
8425abbirləşdirilməsi nəzərdə tutulub. Anspress-in məlumatına görə, bunu Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş bu gün azərbaycanlı jurnalistlərlə görüşündə deyib. M.Xudabəxş bildirib ki, Miyanə-Ərdəbil-Muğan bölgəsi dəmir yolu layihəsinin icrasına bir neçə ildir ki başlanılıb: “İndiyə kimi bu layihənin icrasına 300 milyard tümən (117 milyon dollar) investisiya qoylub. Bu layihə bizim milli layihələrimizdəndir”.

O, əlavə edib ki, Miyanədən Ərdəbil istiqamətində Xalxal şəhəri yaxınlığında dəmir yolunun çəkilməsi üçün çoxlu körpü tikilməli və tunellər qazılmalıdır. Tunellərin uzunluğu 23 kilometrdir: “İş ağır olduğuna görə işlər Miyanə-Ərdəbil istiqamətində bir az ləng gedir. Layihənin yeni podratçısı bəllidir və bu layihəni sərmayə yatırmaq yolu ilə davam etdirməyi planlaşdırırıq. Dəmir yolunun Ərdəbildən Parsabad şəhərinə kimi olan hissəsinin tikintisinə ikinci mərhələdə başlanacaq və Azərbaycanın dəmir yoluna birləşdiriləcək”.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq dəhlizi çərçivəsində də hazırda Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun tikintisi davam etdirilir və İranın dəmir yolu bu vasitə ilə Azərbaycan dəmir yoluna birləşəcək. Bu dəmir yolu layihəsinin 2015-ci ilin əvvəllərində başa çatacağı ehtimal olunur.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə