Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan musiqisi galib gəldi: Brillianta mükafatını ermənilər verib
Azərbaycan musiqisi galib gəldi: Brillianta mükafatını ermənilər verib
04 İyun 2014 / 15:05 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

Xalq artisti Brilliant Dadaşovaya Amerika Birləşmiş Ştatlarında “Big Apple Music Awards” mükafatını ermənilər verib.

Bu barədə Lent.az saytı xəbər paylaşıb, mükafatı təsis etmiş qurumun idarə heyətinin sədri erməni Hakop Boyadjan, digər 2 üzv də əslən erməni – Sergey Hakopyan və Eduard Nazaryandır.

Məsələylə bağlı B.Dadaşova açıqlama verib: “Bunu ilk dəfə sizdən eşidirəm. Birincisi, ermənilər hər yerdə var. Məni Amerika dəvət edib. Nə etməliyəm? Genlərini yoxlamalıyam? Məni həmin mükafata təşkilatçı Zarina Usubova adlı xanım dəvət etmişdi. Bir də bu məsələdə nəsə problem görmürəm. Bilirdim ki, bu mükafata bir mız qoyacaqlar. Bu, əslində bizim musiqimizin uğurudur. Baxın, ermənilər bizim musiqini qiymətləndirir. Məncə burada qəbahət bir iş yoxdur. Qaldı ki, ermənilərin mənə mükafat verməsinə, onların rəhbərlərinin erməni olmasından bixəbərəm”.

Qeyd edək ki, B.Dadaşova “Big Apple Music Awards” mükafatına “Dünya musiqisinə verdiyi töhfələrə” görə təltif olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə