Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rus jurnalistlərdən Azərbaycana hörmətsizlik
Rus jurnalistlərdən Azərbaycana hörmətsizlik
04 İyun 2014 / 16:28 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Rusiyanın bir neçə tanınmış idman jurnalisti Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər ediblər. ANS TV-nin məlumatına görə, səfər Moskvada yaşayan “Avineks” şirkətinin rəhbəri, FİFA tərəfindən tanınmayan Beynəlxalq Həvəskar Futbol Assosiasiyasının təsisçisi və Qarabağ müharibəsinin iştirakçısı Armen Barxudaryanın təşəbbüsü ilə baş tutub.

Onlar mayın 31-də Xankəndidə 8 yerli, 2 Moskva komandasının yarışdığı futbol turnirində iştirak edib.  Moskva komandasının tərkibində Rusiyanın “NTV Plyus” telekanalının əməkdaşı, əslən Bakı ermənisi olan Nobel Arustamyan, “R-Sport” idman agentliyinin müxbiri Maksim Allanazarov, “Perest” telekanalının idman müxbiri İqor Kıtmanov, “NTV Plyus”un şərhçisi Filipp Kudryavtsev də var. Onlar Xankəndidə çəkdirdikləri şəkli sosial şəbəkələrdə yayımlayıb.  Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi olmadan Dağlıq Qarabağa istənilən səfər qeyri-qanuni hesab edilir. Bu səfərə gedən şəxslər rəsmi Bakı tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunur. Bu halda onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulur. Nazirliyin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, məsələ araşdırılır və təsdiqlənəcəyi təqdirdə lazımi tədbirlər görüləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə