Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Buğda istehsalına ayrılan dövlət yardımı “yeyilib”
Buğda istehsalına ayrılan dövlət yardımı “yeyilib”
05 İyun 2014 / 12:26 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Nazirlik Baş Prokurorluğa şikayət etdi

Kənd Təsərrüfatı Nazirliyi buğda istehsalçılarına dövlət büdcəsindən ayrılmış yardımın təyinatı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış respublika komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq 2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyəti araşdırılıb: “Nazirlik İmişlidə vəsaitin mənimsənilməsi faktına rast gəlib. Belə ki, aparılan yoxlamalar zamanı İmişlidə seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları”nın tələblərinə əməl olunmadığı müəyyən edilib”.

Toplanılan faktlar Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Gəncə Avtomobil Zavodunda istehsal edilən və “Aqrolizinq” ASC tərəfindən fermerlərə verilən traktorları yoxlatdırmaq üçün də komissiya yaradıb. Baş Prokurorluq da “Aqrolizinq”də mənimsəmələrlə bağlı məlumatlar yayıb.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə