Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nurçular İlham Əliyevə müraciət
Nurçular İlham Əliyevə müraciət
05 İyun 2014 / 16:02 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Nurçular Yasamal rayonunda yerləşən Eldəniz Balamət oğlu Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında keçirilən yığınacaqla əlaqədar olaraq prezident İlham Əliyevə şikayət məktubu yazıblar. 

Məktubda qeyd olunub ki, nurçular həmin gün Eldəniz Balamət oğlunun bacısının ərinin dəfn mərasiminə yığışıblar.Xatırladaq ki, bir neçə ay öncə “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə