Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyanı idarə edən ən nüfuzlu yəhudilər (SİYAHI)
Dünyanı idarə edən ən nüfuzlu yəhudilər (SİYAHI)
06 İyun 2014 / 13:20 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

“Yerusəlim Post” qəzeti dünyada ən nüfuzlu yəhudilərin siyahısını dərc edib

“Yerusəlim Post” qəzeti dünyada söz sahibi olan yəhudilərin siyahısını dərc edib. ANS PRESS-in məlumatına görə, ötən illərdən fərqli olaraq bu il ilk pillələrdə İsrail siyasətçiləri deyil, Amerika maliyyəçiləri yer alıb.
Dünyanın ən nüfuzlu yəhudisi ABŞ xəzinədarlığının rəhbəri Cek Lyu seçilib. O, bundan öncə prezident Barak Obamanın dəftərxanasının başçısı idi. Hazırki vəziyyətə görə, Cek Lyu dünya maliyyə sistemində əsas nüfuzlu yəhudi sayılır.
İkinci yerdə ABŞ-ın Federal Ehtiyat Sisteminin rəhbəri Canneta Yellen qərarlaşıb. 2014-cü ilin fevralında bu posta təyin edilmiş Yellen tarixdə birinci dəfədir ki, ABŞ Federal Ehtiyat Sisteminə rəhbərlik edir. O həmçinin hazırda dünyada ikinci ən nüfuzlu qadın hesab edilir.

İsrail baş naziri Benyamin Netanyahu siyahıda yalnız üçüncü yeri tutur. Dördüncü yerdə isə İsrailin prezidenti Şimon Peres qərarlaşıb.

Ən nüfuzlu beşinci yəhudi biznesmen Şeldon Adelsondur. Onun ümumilikdə dünya üzrə 50-dən çox şirkəti var. Amerika yəhudi təşkilatlarının prezidentləri konfransının sədr müavini Malkolm Xoenlayn nüfuzuna görə altıncı sırada özünə yer tapıb.

Yeddinci yerdə İsrail xarici işlər naziri Aviqdor Liberman qərarlaşıb. Siyahıda Yerusəlim kollecinin banisi Аdina Bar-Şalom səkkizinci, İsrailin maliyyə naziri Yair Lapid doqquzuncu, Lapida koalisiyasının rəhbəri və İsrail iqtisadiyyat naziri Naftali Benett onuncu sırada qərarlaşıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə