Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan ABŞ şirkətinə qarşı sanksiyalara başlayıb
Azərbaycan ABŞ şirkətinə qarşı sanksiyalara başlayıb
06 İyun 2014 / 14:18 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Şirkət keçirdiyi kampaniyada «NİDA» sözündən istifadə etmədiyini bəyan edir, amma…

İri marketlər şəbəkəsi «Coca-Cola» satmaqdan imtina edir
“Coca-Cola” şirkəti Azərbaycanda fəaliyyətinin 20 illiyi münasibəti ilə aprel ayından istehsal etdiyi məhsulların üzərində adların yazılması kampaniyasına başlayıb. Kampaniya çərçivəsində məhsulların üzərində ən məşhur insan adları, həmçinin ailə üzvlərinin və qohumluq və s. əks olunur. “Aytən”, “Zaur”, “Aysel” və s. adlarla yanaşı, “Dostum”, “Anam”, “Atam”, “Sevgilim” və s. sözlər də sözügedən içki butulkalarının üzərində əks olunub. Şirkət məhsulların üzərinə adların yazılmasını bu gün də davam etdirir. Bunun üçün şəhərin müxtəlif yerlərində şirkət nümayəndələri təklifləri qəbul edir, onları toplayır və reallaşdırır.
İyunun 2-dən həmin adlar sırasına Nida Vətəndaş Hərəkatının adı da daxil edilib. Sosial şəbəkələrdə, xəbər saytlarnda yayılmış məlumata görə, şirkət üzərində «NİDA» sözü yazılmış “Coca-Cola” içkiləri satışa buraxıb. Bu barədə ilk öncə sosial şəbəkələrdə üzərinə “N!DA” yazılmış 330 qramlıq dəmir bankaların şəkli yayımlandı. Ardınca bu şəkil əksər xəbər saytlarında yer aldı.
“Coca-Cola” şirkəti isə verdiyi açıqlamada məlumatın həqiqəti əks etdirmədiyini bilidirib: ”“Coca-Cola” siyasətə heç vaxt qatılmayıb. Bu məlumat da həqiqəti əks etdirmir. Məsələylə bağlı  rəsmi məlumat yayacağıq. Bizdə bu adda məhsul istehsal edilməyib”.
Qeyd edək ki, 330 ml-lik dəmir banka “Coca-Cola” ümumiyyətlə Azərbaycanda istehsal olunmur. Məhsulun üzrərində ““The Coca-Cola Kompany”nin icazəsi ilə “Coca-Cola Botlers Georgian LTD” tərəfindən Gürcüstanda hazırlanır, Azərbaycana “Azərbaycan Coca-Cola Botlers MMC” tərəfindən idxal olunur” yazısı qeyd edilib.
Bizimyol.info-ya daxil olan məlumatda bildirilir ki, üzərində “N!DA” yazılan “Coca-Cola” məhsulunun satışa çıxması barədə xəbərlər KİV-də dərc olunduqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir neçə böyük marketlər şəbəkəsi “Coca-Cola” ilə əməkdaşlığa son qoyub və şirkətə məxsus məhsulları satmaqdan imtina edib. Hazırda şirkətlə həmin marketlər şəbəkələri ilə danışıqlar aparılır. Məlumata görə danışıqlar üçün şirkətin mərkəzi ofisinin nümayəndəsi Azərbaycana səfərə gəlib.
Məlumatda vurğulanır ki, “Coca-Cola Azərbaijan” şirkəti ilə bağlı mətbuatda yer alan yazılar “qara piar” kampaniyasıdır və şirkətə rəqib olan digər istehsalçılar tərəfindən həyata keçirildiyi ehtimal edilir.
“Coca-cola” Azərbaycan şirkətinin yuxarıda qeyd olunan məlumatlarla bağlı “Bizim Yol”un sorğusuna cavab olaraq bildirib ki, “”Coca-Cola” ilə paylaş” kampaniyasındakı şəkil tamamilə saxtadır. Şirkət bildirir ki, bayram kampaniyası çərçivəsində butulka və bankaların etiketlərinin müəyyən təşkilatlar və maraq qruplarının təbliği məqsədi ilə istifadə olunması haqqında KİV-də dərc olunan xəbərlərdən məlumatlıdırlar: “Biz vəziyyəti aydınlaşdırıb, həqiqəti əks etdirən məlumatı vermək istərdik. ““Coca-Cola” ilə paylaş” kampaniyasında Azərbaycanda keçirilən tədqiqatlara əsasən müəyyənləşdirilmiş yalnız ən məşhur qadın və kişi adları, eləcə də ailə üzvləri və qohumlara aid adlar istifadə olunur. Bu kampaniya şirkətin digər ölkələrdəki təcrübəsinə əsasən həyata keçirilir”.
Açıqlamada o da qeyd edilir ki, hər hansı bir insan öz adını “Coca-Cola” bankasının üzərində tapa bilmirsə, o zaman xüsusi köşklərdəki “Coca-Cola” promo-heyətinə öz adını təsdiq edən formanı doldurdurub, həmin adın bankanın üzərində yazılmasını sifariş edə bilər: “Yerli cəmiyyətlərdə reallaşdırdığımız kampaniyaların məqsədi insanları xoşbəxt etməkdir. Kampaniyanı keçirməklə də məhz bunu göstərmək istəyirik.””Coca-Cola” ilə paylaş” kampaniyası bu mənada şirkətin müştərilərə özəl münasibətinin nümunəsidir”.
Bir neçə böyük marketlər şəbəkəsinin «Coca-Cola»dan imtina etməsi, hazırda danışıqlar aparılması və s. məlumatlarla bağlı sorğumuza hələ ki cavab verilməyib. Bütün bu suallarla bağlı şirkətin mövqeyini dərc edəcəyik.
Qeyd edək ki, hazırda NİDA Vətəndaş Hərəkatının 8 üzvü həbsdədir. Onlar qanunsuz silah saxlama, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhddə, bəziləri isə əlavə olaraq narkotik saxlamaqda günahlandırılırlar. Hərəkatın üzvləri Şahin Novruzlu 6 il, Məhəmməd Əzizov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il, Üzeyir Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə