Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

«Bizə, Rusiya probleminin çözülməsi lazımdır»
«Bizə, Rusiya probleminin çözülməsi lazımdır»
06 İyun 2014 / 14:25 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4
Fazil Mustafa: «Azərbyacan bütün hallarda təhlükədən yayınmaq taktikasını seçməlidir»
«Türkdilli ölkələrin birliyi hələ ki ədəbiyyat mövzusu olaraq qalacaq»
Dünən Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı baş tutdu. Toplantıya qatılan dövlət başçılıarı gələcəkdə bu qurumun nüfuzlu bir təşkilata çevrilmsi istiqamətdə addımların atılacağı barədə mesajlar verdilər. Bu zirvə görüşü Cənubi Qafqazda geosiyasi rəqabətin qızğın dövrünə təsadüf edir. Rusiya və Qərb region uğurunda ciddi savaşa girişib, diplomatik təmaslar, qarşılıqlı səfərlər görünməmiş səviyyədə artıb.
Baş verənlərə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə müsahibədə aydınlıq gətirməyə çalışdıq.
– Fazil bəy, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gələcəkdə ciddi bir birliyə çevriləcəyi ilə bağlı fbəyanatlar var. Bu təşkilatın perspektivini necə görürsünüz? 
– Son 10-15 ilin nəticələri göstərir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ciddi bir quruma cevriləcəyi ilə bağlı gözləntilər hələ ki, təsdiqini tapan deyil. Bunun da bir səbəbi var; birliyin yaranması üçün seçilən taktika düzgün deyil. Məncə, türk cumhurriyyətləri birliyinin yaranması üçün ilk növbədə hər hansı bir türk dövlətinin dünyada lider mövqeyə gəlməsinə ehtiyac var.  Bu da baş vermir. Xüsusilə, Türkiyənin bölgədə, öz arialında bir gücə çevrilməsi istiqamətində proseslər ləngiyir və ya ləngidilir. Ona görə də türkdilli ölkələrin birliyi hələ ki ədəbiyyat mövzusu olaraq qalmaqdadır. İndiyə qədər yaranan qurumlar, keçirilən toplantılar, konfranslar, dövlət rəsmiləri səviyyəsində arzuların dilə gətirilməsi hələ gerçək bir türk birliyi haqqında təsəvürlərin formalaşması ilə yekunlaşmır. İndiki şərtlərdə bu məsələ gercək görünmür. Bunun da səbəblərindən biri türk cumhurriyyətlərinin bu prosesi lazımı səviyyədə idarə edərək, onu yönləndirə bilməməsi ilə bağlıdır.
– Heç türkdilli dövlətlər ikitərəfli münasibətlərdə də bir-birinə o qədər də yaxın deyillər…
– Bu məsələdə də obyektiv səbəblər var. Çünki postsovet məkanı anlamı hələ gündəmdən çıxmayıb. Ölkələrin müstəqilliyi hələ ki şərtidir. Bütün bu ölkələr 20 il müddətində Türkiyə ilə bərabərlik tələb etmək əvəzinə, onun daha da dirçəlməsinə və onun da əl uzadaraq bütün bu dövlətləri birlik modelinə çağırması ilə irəliləmək olardı. Təəssüf ki, olmadı və Türkiyə də hazırda bunu etmək gücündə deyil. Güc olmayanda bunu gerçəkləşdirmək çətin olacaq. Çünki istər-istəməz Orta Asiya cumhurriyyətləri, bəzən Azərbaycanın özü də Moskvanın çağırışını Türkiyədən olan çağırışlardan daha rahat və daha tez eşidir.
– Yeri gəlmişkən, Azərbaycanı həm də Avrasiya İttifaqı və Gömrük İttifaqına çağırırlar. Bəzi analitiklər qeyd edirlər ki, tezliklə Bakı ilə Moskva arasında danışqlar başlanacaq…
– Biz qurumları həddən artıq şişirdirik və bu  bəlkədə kimlərinsə işinə yarayır. İstər Avrasiya İttifaqı, istərsə də Gömrük İttifaqı olsun, bunlar ideya ittifqları deyillər. Sadəcə başqalarının çıxılmaz vəziyyətdə bu ittifaqalara daxil olması hesabına qurulan bir təşkilatdır. Belə ittifaqların stimullaşdırıcı inkişafından söz gedə bilməz. Bundan əvvəl də MDB yaranmışdı və hamıda belə bir təsəvvür var idi ki, bu qurumda millətlər və dövlətlər toplanacaqlar. Ancaq bu baş vermədi. Formal olaraq MDB qalır, Rusiya özünə sığışdırıb nüfüzunun düşməməsi üçün MDB-ni ləğv eləmir. Amma faktiki olaraq onun hər hansı qərarının icrasının şahidi olmuruq. Düşünürəm ki, bu cür ideyaları hamının maraqlarına cavab verən bir şəkildə həyata keçirmək lazımdır ki, həm uzunömürlü, həm də effektiv olsun. Bu cür tələm-tələsik formatın ortaya gəlməsi isə Rusiya ilə birlikdə ora qoşulacaq ölkələrin dünyadan təcrid olunmasına gətirib çıxaracaq. Təsəvvür edin ki, bu və digər modellərdə birlik yaradıldı. Amma pul kütləsi başqa yerdədir. Xammal ölkələri olaraq nəsə diktə eləməyə çalışacaqlar, amma malı istənilən halda Avropaya, Qərbin müəyyən etdiyi qiymətlərlə satmağa məcburdurlar. Bunları nəzərə alaraq bəri başdan bu qurumlara yaşamayacq bir model kimi baxmaq lazımdır. Əslində bu ittifaqlar iqtisadi modeldən daha çox siyasi xarakterlidir. Ola bilsin, Azərbaycan da siyasi zəruriətdən orada təmsil oluna bilər. Amma bölgədə yeni dünya siyasətinin konturları özünü ifadə etdiyi bir vaxtda Avrasiya modelinin, hətta Rusiyanın özünü qoruması cətin olacaq. Ona görə də Rusiyanın yaratıdığı birliklərin uzunömürlü, vahiməli birlik olacağını düşünmüş olsaq səhvə yol verərik. Bu Rusiyanın inad uğruna yaratdığı birliklərdir və ölçülüb-biçilmiş siyasət deyil. Halbuki Rusiyanın əlində şanslar var ki, bərabərhüquqlu, səmimi şərtlər altında bir iqtisadi birlik yaratsın və bundan qazanc əldə etsin. Amma Rusiya özünə asand görünən yola əl atdı və hərbi gücü hesabına özündən gücsüzlərin üstünə gəlir. Amma unutmaq lazım deyil ki, hərbi cəhətdən Rusiyadan da güclülər var.
– Rusiya son zamanlar gücünü, Qərb isə sanki gücsüzlüyünü nümayiş etdirir. Bu vəziyyətdən şirniklənmiş Rusiyanın zorıkılıqla yenidən SSRİ yaratmaq cəhdlərinin qarşısında kim duracaq ki?
– Rusiya əslində gücünü göstərdi və bu gücün genişmiqyaslı olmadığı ortaya çıxdı. Çünki Rusiya ilə toqquşan olmadı. Rusiyanın tətbiq etdiyi üsu çağdaş dünyada çox böyük itkiyə səbəb ola biləcək üsuldur. Ona görə də məhz Rusiyanın bu gücünü göstərmək müstəvisində sıradan çıxarılmasına üstünlük verildi. Krımın işğalı çox çətin bir proses olmadı, Rusiya orada demək olar ki, heç bir müqavimətlə üzləşmədən istədiyini etdi. Amma eyni addımı Ukraynanın digər ərazilərində ata bilmir. Çünki, siyasi tələblərin qarşılığında geri çəkilməyə məcbur oldu. Məsələn, vaxtı ilə serblərlərə şans verildi ki, Bosniyada, Kosovada bildiklərini eləsinlər. Amma bu gün Serbiya dənizə çıxışı olmayan bir ölkəyə çevrildi. Çünki eyforiyaya qapılıb zəiflərlə güclə danışandan sonra qat-qat səndən güclü biri qarşına çıxıb arzulamadığın şərtlərdə nəfəs almana imkan verəcək. Rusiya da təqribən ona doğru gedir.
Digər tərəfdən Rusiya əhalisinin millitarist əhval-ruhiyəsini qaldırmaq, sosial çətinliklər içində yaşayan bu ölkədə ciddi təlatümlərin yaşanmsına səbəb olacaq. Ona görə də baş verənləri Rusiyanın gücü qarşısında Qərbin geri çəkilməsi kimi dəyərləndirmək olmaz.  Biri söyüş söyürsə, yumruq atırsa, ona yumruqla cavab verən adamın da kostyumu batacaq. Qərb sadəcə öz kostyumunu batırmamaq üçün bu müstəvidə Rusiya ilə danışmır. Amma yavaş-yavaş Rusiyanın yürütdüyü millitarist siyasət, başqa yerlərdə hərbi qüvvələri dislokasiya edib saxlamaq ona milyonlarla vəsaitə başa gəlir. Bu da Rusiya iqtisadiyyatına öz təsirini göstərəcək. Həm də Rusiya cəmiyyətinin hansısa SSRİ modelinin qurulmasında marağı yoxdur. Çünki, artıq Avropaya öyrəşmiş, Avropada mülkiyyəti olan çox sayda ruslar var. Onlar azadlıq və ədalət istəyirlər. Bütün bunları nəzərə almaq lazımdır.
– ABŞ prezidenti Barak Obamanın məktubunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində oynayacağı roldan danışaraq, yəni “üzünüzü Qərbə çevirin” mesajı verdi…
– Azərbaycan onsuz da üzünü Qərbə çevirib, amma ölkəmizin qolundan Rusiya yapışıb. Məsələ yalnız üzünü çevirməklə bitmir axı, gərək qolunu da buraxalar ki, çıxıb gedəsən. Ona görə də Obamanın fikirləri sadəcə dəstək ifadə etməkdir. Amma bu fikirlər Azərbaycanı qorumaq üçün yetərli deyil. Yəni, Ukrayna ilə bağlı  müəyyən fikirlər səsləndi. Amma Ukraynanı qoruyacaq uzunmüddətli siyasətə gedildi. Faktiki olaraq  indi-indi, Donbasda, Luqanskda Ukraynaya dəstəklə bağlı müəyyən addımlar atırlar. Amma bütün hallarda, savaş və ölümlər Ukraynanın ərazisində baş verir. Azərbaycan da təqribən Rusiyanın eyni münasibəti ilə üz-üzə gələcək. Ona görə də bizə təsəlli yox, Rusiya probleminin çözülməsi lazımıdr. Bu problem çözülməyincə biz hədəfdəyik. Bizim də müəyyən qədər neft və qazımıza görə Avropanın, Amerikanın gözünə girməyimiz təhlükəsizliyimiz üçün yetərli olmayacaq. Bu özbaşınalıq dönəmindən salamat çıxmağımızı təmin edən variantlara əl atılmalıdır.
– Hələki Qərb və Rusiya  Azərbycanla şirin dillə danışır, amma bunun əks varinatı da, ölkənin daxilində istimai-siyasi gərginliyin yaradılması kimi addımlar da proqnozlaşdırılır…
–  Təbii ki, bu, gözlənilən məqamdır. Xüsusilə Krım hadisələrindən sonra bunun metodologiyasi və üslubları var. Azərbaycan da buna qarşı öz tədbirlərini görməkdədir. Azərbaycanı harasa cəlb eləmək məsələsinə gəldikdə, onu bilmək lazımdır ki, artıq Azərbaycan Avropa məkanına cəlb olubub. Eyni zamanda Azərbycan Rusiya ilə münasibətlərini də qoruyub saxlaya bilib. Bu da Azərbaycanın xarici siyasətinin uğurudur. Azərbaycanın daxili siyasətində kifayət qədər natamamalıq, problemlərin olması bir faktdir. Amma xarici siyasət doğru hədəflərə indekslənib. Bu mənada Azərbaycanın yönləndirilməsindən yox, ikinci cəbhənin, yeni dünya düzəninin yaranmasından söhbət gedə bilər. Faktik olaraq birqutublu dünya düzəni tam mənada yarılmayıb, amma siyasi mənada yarılıb. Müəyyən mənada Çin faktoru bu məsələni həll edib. Rusiya bu sahədə həlledici gücə malik deyil. Ona görə də Rusiyanın burda baş aktyor kimi çıxış etmək istəyi onun özünü məhv edəcək. Eyni yolu Çin də tuta bilərdi. Amma Çin bu gün hamıya pul paylamaqla öz tərəfində çəkmək yolunu tutub. Eyni şeyi Rusiya da edə bilərdi,  amma Rusiyanın ənənəvi olraq oturuşmuş siyasəti bu ölkəni hər əsrdə bir təlatüm yaşamağa sürükləyir. Azərbyacan da bütün hallarda təhlükədən yayınmaq taktikasını seçməlidir. Bizə təhlükə yalnız Rusiyadan deyil, digər qonşu ölkələrindən, ABŞ-ın özündən də var. Çünki Dağlıq Qarabağ məsələsində əslində ABŞ-la Rusiya arasında ciddi fikir ayrılığı yoxdur, hər ikisi Aəzrbaycana qarşı mövqedədir, hətta Avropa Birliyinin də məsələyə mövcud yanaşmada ciddi fərlər yoxdur. Yenə də Ermənistanı dəstəkləyən siyasət güclənəcək. Sadəcə bu mərhələdə Azərbaycanın enerji resurslarının Avropaya Amerikanın istədiyi istiqamətlərdən axını, müəyyən dərəcədə  Avropanın enerji təhlükəsizliyinə töhvə verə biləcək deyə, Azərbaycanın əhəmiyyəti bir qədər artıb. Amma bu istəkdən yaranan bir münasibət deyil, məcburiyyətdən yaranıb. Vəziyyət sabitləşəndən sonra biz yenə də Ermənistanın Azərbaycandan üstün mövqeyə çıxarılmasının şahidi olacağıq.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə