Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

QMİ dindarlara sertifikat verdi
QMİ dindarlara sertifikat verdi
06 İyun 2014 / 15:57 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Kursu bitirənlərə QMİ-nin hazırladığı geyimlər də təqdim olunub

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən din xadimləri üçün təkmilləşdirmə kurslarının ilk müdavimlərinə sertifikatlar təqdim olunub.  Qiymətləndirmə prosesindən sonra kursun ilk müdavimlərinin buraxılış mərasimi baş tutub. Şeyxülislam Allahşükür Paşazadə qonaqları salamlayaraq din xadimlərinin təkmiləşdirmə kurslarının önəmindən danışıb:

O, qeyd edib ki, dinə münasibət dəyişilməlidir: “Ona görə də din xadimlərinin təkmilləşdirmə kurslarını təşkil etdik. Bu işdə bizə mətbuat da, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və vitse-prezident Mirşahin Ağayev çox kömək etdi. Allah onlara kömək olsun. Bu dövlətin işi deyil. Məmurların işidir”.

A.Paşazadə qeyd edib ki, televiziyalarda yalnız kəbin kəsdirməkdən danışılır. “Televiziyalar dini “Molla Nəsrəddin” və “Kirpi” jurnalında olan kimi təqdim edirlər. Onlar mollalıq, falçılıqdan danışırlar. Mətbuatda dinin birtərəfli qaydada təbliği gedir. Telekanallarda pirlərdən, falçılıqdan və digər eybəcərlikdən danışılır. Amma media pisliklərlə yanaşı, yaxşılığı da deməlidir”.

Şeyx vəhhabi, sələfi, saqqalı olanlardan qorxmamağa çağırıb. O, dindarları mətbuatda dinin pis tərəfdən təbliğinə səbəb olan dindarlarla mübarizəyə səsləyib. “Ölkədə din xadimi adı ilə təhlükəli, saxta adamlar peyda olub ki, onlara din xadimi demək olmaz. Siz çəkinməyin, bu gün hansısa vəhhabi, uzun saqqalı-filan ağzına gələni danışır. Sizin dininiz var. Bəziləri də var ki, şiəliyi get başına vur, üzünü kəs kimi təbliğ edirlər. Ona görə də din xadimlərinin belə təkilləşdirmə kurslarını bitirməsi çox önəmlidir”.

Şeyxülislam çağırış edərək din xadimlərindən radikallığa qarşı konkret mövqelərini ifadə etməyə çağırıb.

Daha sonra kursu bitirənlərə müvafiq sertifikat və din xadimləri üçün QMİ tərəfindən hazırlanmış geyim dəstləri təqdim olunub.

Təkmilləşdirmə kurslarına cəlb olunmuş din xadimləri – Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir aylıq müddət ərzində təşkil olunmuş mühazirələri dinləyib, müasir informasiya texnalogiyaları ilə işləmək vərdişlərini dərinləşdiriblər, dini bilik səviyyələri ilə yanaşı ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar.

Din xadimləri bu dövr ərzində din-dövlət münasibətləri, din xadimlərinin mədəniyyəti, vətən tarixi, dini marifləndirmə mövzularında Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə müşavir Kamal Abdullanın, Dini Komitə sədrinin 1-ci müavini Səyyad Salahlının, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin mühazirlərini dinləyiblər.

Kurslar zamanı din xadimlərinin qalmaları üçün xüsusi məkanlar ayrılıb. Onların qidalanma, nəqliyyat və s. xərcləri QMİ tərəfindən qarşılanıb.

Din xadimlərinin təkmilləşdirmə kursları davam edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə