Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

50 milyon dollar qazanan azərbaycanlı – VİDEO
50 milyon dollar qazanan azərbaycanlı – VİDEO
06 İyun 2014 / 15:58 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Hazırda Twitter ilə birlikdə çalışan Namo Media mobil reklam platformaları inkişaf etdirir.

Son dövrdə tətbiq müəllifləri üçün reklam həlləri inkişaf etdirməyə üstünlük verən Twitter Sentyabr ayında MoPub-ı satın almışdı. Yaxın keçmişdə MoPub-ın reklam platformasını bütün yayımçılarına açmasının ardından, şirkət bu istiqamətdə tamamlayıcı olaraq görə biləcəyimiz bir addım ataraq Namo Media-yı satın aldığını elan edib.

Hazırda Twitter ilə birlikdə çalışan Namo Media mobil reklam platformaları inkişaf etdirir. Banner reklamlarına alternativ olacaq və istifadəçi təcrübəsindən güzəşt edəcək həllər axtaran tətbiq hədəfləyən cəhdin əsil qaynağı da Facebook və Twitter reklamlarıdır.

Noma Media bu günə qədər Google Ventures, Andreessen Horowitz, Betawoks, Trinity Ventures, Susa Ventures kimi öndə gələn investorlar tərəfindən dəstəklənib.

Mobil prioriteti açıqca görülən bu satın almayla Twitter reklam şəbəkəsini, Facebook-un f8 fəaliyyətində tanıtdığı Audience Network rəqabəti qarşısında inkişaf etdirir kimi görünür.

Qeyd edək ki, proyektin həmtəsisçilərindən biri Tural Bədirxanlı Azərbaycanlıdır. Bundan əvvəl AdMob şirkətində çalışan Tural Bədirxanlı, AdMob-un Google tərəfindən satın alınması ilə birlikdə Google-un işçisi olmuşdu. Google-dan ayrılan həmyerlimiz Namo Media proyektinin təsisçilərindən biri olmuşdu. Namo Media haqqında aşağıdakı videoda məlumat ala bilərsiniz.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə