Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Marketin qarşısında qadın alveri
Marketin qarşısında qadın alveri
06 İyun 2014 / 16:30 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Qadınları fahişəliyə cəlb edən şəxs 2600 manat cərimə olundu

Nəsimi rayon Məhkəməsində insan alverində ittiham olunan Quba rayon sakini, 1990-cı il təvəllüdlü Sülhanə Ağayevanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Sülhanə Ağayeva bu ilin fevralın 24-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həbs edilib. 24 yaşlı Sülhanə Ağayevanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən olunub. O, qadınları kişi müştərilərlə görüşdürmək müqabilində pul qazanıb.

Sülhanə Ağayeva qadınları Nəsimi rayonu, 20 yanvar küçəsi 40 ünvanında yerləşən “Yaşıl” marketin qarşısına gətirib və orada kişi müştərilərə verib. O, həmin yerdə müştərilərindən pulu alaraq özü ilə gətirdiyi qızları onlara verirmiş. Bununla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat keçirilib. Keçirilən əməliyyat nəticəsində məlumat öz təsdiqini tapıb. Sülhanə Ağayeva polis tərəfindən saxlanılıb.

Sülhanə Ağayeva Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunub.

Hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sülhanə Ağayevanın barəsində ittiham hökmü çıxarılmayıb. Məhkəmə Sülhanə Ağayevanı 2600 manat cərimə edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə