Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Merkel Putinlə Ukraynanı yenidən müzakirə etdi
Merkel Putinlə Ukraynanı yenidən müzakirə etdi
06 İyun 2014 / 20:25 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

ANS PRESS-in məlumatına görə, onlar müttəfiq qoşunların Fransanın Normandiya bölgəsinə çıxarılmasının 70 illiyinə həsr olunmuş tədbir çərçivəsində görüşüblər. Putinlə Merkelin bir saatlıq görüşü zamanı əsas mövzu Ukrayna olub. Bu haqda görüşdə iştirak edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Putin və Merkel bütünlüklə Ukrayna məsələlərinə, problemin həllinə dair çıxış yolları barədə söhbətlər etdilər”, – deyə Dmitri Peskov bildirib.

Qeyd edək ki, müttəfiq qoşunların Normandiya bölgəsinə çıxarılmasının 70 illiyinə həsr olunmuş tədbir çərçivəsində Vladimir Putin Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko ilə də ayaqüstü görüş keçirib.

İki ölkə liderinin görüşündə Almaniya kansleri Angela Merkel də iştirak edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə